Menu

Məleykə Abbaszadə AYB üzvlərini dil imtahanlarından keçməyə çağırıb

17.03.2025, 17:07
Məleykə Abbaszadə AYB üzvlərini dil imtahanlarından keçməyə çağırıb

"DİM olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət etmək istəyirik ki, bu imtahandan keçsinlər".

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən deyib.

"Azərbaycan dili üzrə bu imtahanlardan keçən şəxslərin dili hansı səviyyədə (A1, A2, B1 və s.) bildikləri məlum olacaq. Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var".

Qeyd edək ki, bu sertifikasiya imtahanı ölkəmizdə ilk dəfə tətbiq olunur. İmtahan müddəti 3 saatdır. İmtahanda təhsil səviyyəsi, iş yeri, tutduğu vəzifədən asılı olmayaraq, hər kəs iştirak edə bilər, iştirak ödənişsizdir və sertifikatın etibarlılıq müddəti 2 ildir.

Şərhlər

Mahir 2025-03-17 20:41:25

Məleykə xanımın bu təklifi indiyə qədər verdiyi təkliflərin ən dəyərlisidir. Uqlavoydan AYB-nin qapısına fantastik qol vurdu.... Kaş bu təklif baş tutaydı... Afərin Məleykə xanım! AYB-ilə ləzzətli məzələndin!

Tahir 2025-03-17 20:35:42

Elza Seyidcahandan başqa hamısı imtahandan kəsiləcək. Çünki AYB-nin ən ağıllıdı Elzadır. Elza AYB-nə üzv dürtüşdürüləndən (indi duxun var gəl onu ordan çıxar görüm) sonra AYB-moda mindi, gündəmin təpəsinə dırmaşdı.Elza AYB-nin əsil simasıdır. Ondan başqa deyəsən heç yazan da yoxdur. Yazsalar da gündəmə gəlmir. Elza ürəkdir.....Çingiz Abdullayev "0" alacaq....

Müəllim 2025-03-17 17:59:15

Məleylə Abbaszadə kimdir?Onun milliyyəti niyə gizlədilir?Onun əsl adı necədir?niyə o kitab cümlələri ilə danışır?Azərbaycan dilini nə zaman.harada öyrənib? Onun valideyinləri haqda dəqiq məlumat da maraqlı olardı. Niyə qızını xaçpərəstə ərə verib? *

Oxucu 2025-03-17 17:14:25

Hörmətli Məleykə xanım da imtahan verəcəksə, mən də məmnuniyyətlə gəlib imtahan verərəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol