Qəzza zolağında HƏMAS tərəfindən nəzarət olunan hökumətin faktiki baş naziri İssam əd-Daalis işğalçı İsrail hərbi aviasiyasının ötən gecə anklavın ərazisinə endirdiyi hava zərbələri nəticəsində qətlə yetirilib.
TASS xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Kanalın mənbələrinin məlumatına görə, mərmi əd-Daalisin olduğu evə düşüb.
Bundan əlavə, telekanalın məlumatına görə, İsrail bombardmanı zamanı HƏMAS-ın Qəzzadakı hökumətinin daxili işlər nazirinin müavini Mahmud Əbu Vatfa da həlak olub.
HƏMAS tərəfindən bu məlumata hələlik rəsmi şərh verilməyib.


Şərhlər