“Rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında Azərbaycanda orta aylıq əmək haqqı 12,8 faiz artaraq 1062,9 manata çatıb. Aylıq maaş artımının iki rəqəmli olması bu ildən minimum və eləcə də bir sıra sektorlarda əmək haqqı artımları ilə bağlıdır. Yeni sosial paketin icrasına başlanılması ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə də müsbət təsir edib”.
“AzPolitika” bildirir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov “Facebook” hesabında yazıb.
Onun sözlərinə görə, bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsəd ilə əlavə olaraq 1.5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub. “Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Cənab Prezidentinin tapşırığına uyğun olaraq Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırmaqdadır”, - o əlavə edib.

V.Bayramov daha sonra qeyd edib: “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, bu həftə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflərin təqdim ediləcəyi gözlənilir. Daha sonra sosial paketin növbəti istiqaməti olaraq yeni artımlar olacaq”.
İqtisadçı vurğulayıb ki, beləliklə, sosial paketin növbəti mərhələsində müavinət və təqaüdlərdə artımlar həyata keçiriləcək. “Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq”, - deputat qeyd edib.
“AzPolitika.info”

Şərhlər
Nəsə bu artım oyununun heçbir paktiki əhəmiyyəti olmur.Kimsə bunun yolunu bilirmi gŏrəsən.yenə də bir təhər pensiyaları 10-20 manat artıracaqlar bu tərəfdən də qiymər də həmin anda çıxacaq at belinə.....
Vallah,nə deyim?!Adam motal qalır bu məcarəyə!!
Nazirlər Kabuneti nə qərar verə bilir ki?İnlara hansı göstərişi verirlər onlar da kağıza köçürüb altından imza atırlar. Guya Əsədov nəsə həll edir? NK boş bir xanadır.
70-ci illərdə bizim yaşlı bir fizika müəllimimiz var idi (Allah rəhmət eləsin) cavan müəllimlər hər dəfə maaşların artırılması barədə danışanda, o deyərdi ki, maaşların qaldırılması lazım deyil, qiymətləri edirsə lər bizim üçün daha sərfəli olar. Rəhmətlik düz deyirmiş, maaşlar artırılması qiymətlə bir neçə ay əvvəl qalxır, 2-3 aydan sonra maaşlar artırılır. Artımları müqayisə edəndə yadıma bir mahnıdakı sözlər düşür: ...köhnə dərdi təzə dərdə dərman etdin!
Prezidentin əmək haqqının artırılması ilə 3 ay verdiyi əmrin müddəti başa çatdı amma bir çox özəl və dövlət şirkətləri hələ də əmirə əməl etmirlər hər bir ərzaq, qida , kamunal yol pulu qalxdı amma əmək haqqı hələ də yuxudan oyanmır
Niyə orta əmək haqqı 12.8 faiz,pensiyalar isə 8.1 faiz artırılıb? Bunun hüquqi,hummanist,ağıllı sübutu varmı?Bu anlaşılmazlığın səbəbi nədir?Sağ əlin sol əldən xəbəri yoxdur? Bir də ki,artışlar əhalinin sosial vəziyyətini yaşılaşırmaq məqsədi ilə edilirsə niyə bu zaman ölkədə bahalaşma faizləri nəzərə alınmr?Axı yalnız bu zaman əhali heç olmasa (yaxşılaşma bir yana) əvvəlki kimi bir təhər yaşaya bilsin.(