ÜRƏYİ HAQLA, ƏDALƏTLƏ DÖYÜNƏN ZƏKA SAHİBİ – Sabiq prokurorluq əməkdaşı İlyas İsmayılovdan yazdı


Dünyanın ölüm adlı zülməti haqq, ədalət nuru saçan bir ulduzunu da söndürdü. Haqqa, ədalətə səsləyən insan haqqın dərgahına qovuşdu.
Ölüm haqdır. Bütün canlılar bu mütləqə məhkumdur. Amma İlyas müəllimin vəfatı çoxlarının qəlbini sızlatdı.Vətən bir dəyərli insanını itirdi.
İlyas müəllim dövlətimizin mənafeyi, insanlarımızın hüquqları uğrunda mücadilə aparan, haqsızlığın ardınca “dayan” sözünü deyənlərdən biri idi.
Harda olmasından, hansı kürsüdə oturmasından asılı olmayaraq, həmişə qanunun, ədalətin tərəfində idi. İlyas müəllim ədalətin kiçildiyi yerdə, günahların böyüdüyünü zamanında hiss edir, görürdü. Ağıl, iradə, vicdan tələb edən bu hissiyatla insanı günahlardan çəkindirmək üçün sanki o, İlahi varlığın göstərdiklərinə xidmət edirdi.
Bu gəlimli-gedimli dünyanın çox üzünü görmüşdü İlyas müəllim! O, vəzifəsinin, şəxsi mənafeyinin maraqlarından daha çox insanlığın keşiyində dayanmışdı. İnsanlığın təməli olan ədaləti, mərhəməti, təmiz, dürüst olmağı nümunə göstərməklə, qəlbləri fəth edirdi. Ədalət ilahəsi heykəllərdə deyl, onun varlığında yaşayırdı.
İlyas müəllim, Siz həyatda heç kimə sığınmadınız. Heç kimə qısılmadınız! Həzrət Əlinin “Haqq, ədalət ən böyük dayaqdır” hədisini özünüzə meyar seçdiniz. Haqq, ədalət axtaranlar Sizə pənah gətirdi. Heç vaxt qürurunuzu həyatdakı uğurunuza qurban vermədiniz.
Məqsədiniz, amalınız insanlığa, mənəviyyata köklənmisdi. Dünya malında gözünüz yox idi. Maddiyata əyilənlərə, nəfsinə qul olanlara həqarətlə baxırdınız. Ona görə də ömrünüzü sarayda, malikanədə deyil, kiçik bir bağ evində başa vurdunuz.
İllər öncə Resbuplika Prokrorlugunda keçiriliən geniş kollegiya iclaslarını xatırlayıram. İlyas müəllim məğrur, şux qaməti ilə iclas zalına daxil olardı. İclas ərəfəsində zalda oturanları diqqətlə seyr edərdi. O vaxtlar mənə elə gəlirdi ki, İlyas müəllim baxışlari ilə yerlərdə haqqı, ədaləti qoruya, onun etimadını doğrulda biləcək insanları axtarır. Bəzən bu iclaslardan sonra vəzifəyə təyinatlar olardı.
Heç bir təmənna və ya kənardan təsir olmadan məsul vəzifələrə təyinat alan əməkdaşlar bu xəbərdən bəzən kövrələrdi. Bu hal başqalarında da daha yaxşı işləmək əzmini, doğruya, düzgünlüyə, ən nəhayətdə Tanrıya inamını artırırdı.
İlyas müəllimin vəzifəyə irəli cəkdiyi işçilərə tövsiyəsi, tələbi bu olardı: “Qanunun aliliyini qorumaq, haqqın, ədalətin kesiyində durmaq, haqsizlığa aman verməmək!”
İlyas müəllim qanunu pozan, hətta cinayət törətmiş şəxslərin məsuliyyət məsələsinə baxılarkən qanunun tələblərinə ciddi əməl olunmaqla, toplanmış sübutlar əsasında əmələ qiymət verilməsini tələb edirdi.
Zaman onu hər cür sınağa çəkmisdi. Dünyanın ən ağır dərdini - oğul itkisini yaşatmışdı ona. Oğlu Etimadın qardaş Turkiyənin bayrağına bükülmüş cənazəsi gələndə də o, bu müsibətə çox çətinliklə də olsa, dözdü. Bu amansız olüm-oğul itkisi onu çox sarsıtdı.
Xəstə yatağında belə əcəllə mücadilədə biz onun səbrini, dözümünü gördük. Əcəl onun üstünə bir neçə dərdlə gəlmişdi. Bütün anlarda İlyas müəllim sonacan taleyinin yazılarını kişi kimi qarşıladı. Çünki varlığında sınmaq, əyilmək, əzilmək heç vaxt olmamışdı. Tanrı ona mətinlik, məğrurluq xisləti vermişdi.
Bəzən dünya, öz həyatını insanlığa, bütün yaxşı dəyərlərə həsr edən insana bir udumluq nəfəsi də çox görür. Halbuki, bu insanların Tanrının bəxş etdiyi həyata, suya , havaya daha cox haqqı var...
Son illər ziyarətinə gedəndə yaşının ahıl çağında belə İlyas müəllimin necə məğrur dayandığının şahidi olurduq.
Bu müdrik səxsiyyəti dinləyərkən zəkasının, kəşməkeşli həyatının məqamlarına heyran qaldığımız cox anlar olub. Onun örnək ola biləcək fəlsəfəsindən, söhbətlərindən doymurduq. Bizim qürur yerimiz idiniz, İlyas müəllim! Sizin mərd, xeyirxah, müdrik simanız könüllərdə, yaddaşlarda yaşayıb, ölməz xatirələrə çevriləcək.
Tanrı işiği zülmətdən bol yaradıb. Allah xalqımızın belə nurlu insanlarını həmişə var eləsin.
Məkanınız Cənnət olsun, İyas müəllim! Tanrı Sizi nigarançılığını çəkdiyiniz oğlunuz Etimadla qovuşdursun. Ruhunuz sad olsun!
Sərdar Əliyev,
prokurorluğun sabiq əməkdaşı
Şərhlər
Allah sizden razi olsun Nece yerinde ve gozel demisiniz Biz gohumlarin bele giymete cox ehtiyaci var Axi biz onu yaxindan taniyirdig ve siz deyenler hegigetdi
Hər cür populizmdən uzaq olan,prinsipial mövqeyi,insanlara münasibəti,vətənə,xalqa təmənnasız xidməti ilə seçilən,öz fəaliyyəti barədə danışmağı xoşlamayan,prokuror fəaliyyətində insanlara qayğıkeşlisk ,cinayətkarlığa qarşı və onları müdafiə edənlərə qarşı sərt mövqeyi ilə seçilən,qanuna və insana ehtirəm devizi ilə yaşayıb,böyüklərin zövqünə uyğunlaşmağı mənəviyyatsızlığın çirkin təzahürü kimi baxan,yerlibazlığı və qohumbazlığı xalqıı feodalizmə sürükləyən ən pis əməl hesab edən,arxasızlara arxa olan,prokurorluğun tarixində ilk dəfə cəzanın ağırlığından protest verən və bunu tabe prokurorlardan tələb edən,həyatı boyu rüşvət adlı iyrənc əməldən uzaq olan,bir insan idi İlyas müəllim.Allah rəhmət eləsin.Müəllifə təşəkkürlər.