Menu

Qrenlandiya mütləq Amerika olacaq - Tramp

30.03.2025, 08:36
Qrenlandiya mütləq Amerika olacaq - Tramp

Amerika Birləşmiş Ştatlarının hakimiyyəti Qrenlandiyanı əldə etməyə nail olacaq.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “NBC News”a müsahibəsində bildirib.

“Biz Qrenlandiyanı əldə edəcəyik. Bəli, yüz faiz”, – o qeyd edib.

Ağ ev rəhbərinin sözlərinə görə, Vaşinqtonun bunu hərbi güc tətbiq etmədən edə biləcəyi böyük ehtimal var.

“Amma mən heç nəyi istisna etmirəm”, – Tramp əlavə edib.

Şərhlər

Kolxozdari 2025-03-30 09:32:19

Növbəti Dünyəvi Bəyanat! Kremlin Ukraynaya qarşı müharibəsini bircə sutkaya dayandırma vədi verən Ağ Ev Ukraynadan özü də Payşik olmaq, yenə dünyanın özlədiyi borca Kanadanın ardınca Qrenadanı da alma bəyanatlarını da verib!? Ehtimal ki, hamışı yüksək (kağız dəyər) rüsumlar hesabınamı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol