Menu

Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox vəsait oğurlanıb

16.04.2025, 10:39
Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox vəsait oğurlanıb

Aprelin 15-də vətəndaşların bank kartlarından 32 min 306 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyindən mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir:

"Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatları naməlum şəxslərə verdiyiniz halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Aprelin 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 13700, 3450, 3017, 1827, 1600, 1396, 1288, 1140, 1121, 1010, 822, 493, 330, 303, 300, 221, 170, 118 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".

DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir:

"Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

Şərhlər

Mühasib 2025-04-16 15:50:12

Bank işçilərinin iştirakı olmadan bu mümkün deyil.Araşdırılma oradan başlanılmalıdır.bu qədər oğurluq vətəndaşların səglənkarlığından ola bilməz.Tək-tək halda vətəndaş səhv edə bilər.Amma bu məsələnin mütəmadi hal alması bir başa banklara yönəldilməlidir.Bankların əmanət mühafizəsi,necə təşkil olunub.Boşluqlardan istifadə edən bank əməkaşlarının tapılıb otaya çıxarılması bu məsələyə son qoya bilər.Bir də bu oğurluqlar hansı bankların kartlarından edilir? Bu da mühüm məsələdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol