Menu

Tramp məbləği azaldıb - İndi də Ukraynadan 100 milyard istəyir

16.04.2025, 13:04
Tramp məbləği azaldıb - İndi də Ukraynadan 100 milyard istəyir

ABŞ Prezidenti Donald Tramp Ukraynaya edilən 300 milyard dollarlıq yardımın geri ödənilməsi ilə bağlı tələbini bir qədər yumşaldıb.

"AzPolitika" xəbər verir ki, bu barədə "Bloomberg" öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Tramp həmin məbləği 100 milyard dollara qədər azaldıb.

Nəşrin fikrincə, bu, Ukraynanın yardımlarla bağlı hesablamalarına yaxın bir rəqəmdir.

Qeyd olunur ki, Tramp administrasiyası Ukraynaya təzyiq edir ki, Ukraynanın gələcək investisiya layihələrindən, xüsusən də mədən və infrastruktur sektorlarında əldə olunan gəlirlərin bölüşdürülməsini nəzərdə tutan sövdələşməyə razı olsun. Həmçinin vurğulanır ki, Vaşinqton bunu keçmiş prezident Co Baydenin dövründə, Rusiyanın genişmiqyaslı işğalının başlanğıcından bəri ölkəyə verilən on milyardlarla dollarlıq silah və digər yardımların təzminatı kimi görür.

"AzPolitika.info"

Şərhlər

Türk 2025-04-16 16:44:29

Əsl alverçidir bazar alverçisi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol