Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar üzrə saziş bu həftənin əvvəlində imzalana bilər.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skot Bessent "Bloomberg"-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna ötən həftə sonu bu məsələ ilə bağlı əks təkliflə çıxış edib, ona görə də danışıqlar hələ də davam edir.
"Biz çox, çox yaxınıq. Müqavilə bu həftə imzalana bilər", - o qeyd edib.
Nəşrin mənbələrindən biri əlavə edib ki, texniki qruplar arasında cümə və şənbə günləri aparılan danışıqlar konstruktiv olub.
"AzPolitika.info"


Şərhlər