Menu

Hesablama Palatası Elm və Təhsil Nazirliyində qanunsuzluqlar AŞKARLADI

17.04.2025, 20:27
Hesablama Palatası Elm və Təhsil Nazirliyində qanunsuzluqlar AŞKARLADI

Elm və Təhsil Nazirliyi və onun tabeliyində olan Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsində aparılmış audit nəticəsində əsassız vəsait istifadəsi halları aşkar edilib.

Bu barədə Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində bildirilir.

Sənədə əsasən, audit 10 tikinti obyektini əhatə edib və bu obyektlər üzrə ümumilikdə 53,5 milyon manat dəyərində dövlət investisiyalarının istifadəsi araşdırılıb.

Yoxlama zamanı müəyyən edilib ki, layihələrin texniki-iqtisadi əsaslandırmaları olmadan planlaşdırılması nəticəsində dövlət vəsaitindən səmərəli istifadə təmin olunmayıb, ayrı-ayrı obyektlər üzrə layihə və smetalarda nəzərdə tutulmayan işlər yerinə yetirilib, bu isə 92 086 manat, 633 723 manat, 560 330 manat və 784 318 manat əlavə vəsait xərclənməsinə səbəb olub.

Bundan əlavə, müqavilə və aktlarda göstərilən işlərin faktiki olaraq ya icra edilmədiyi, ya da həcminin şişirdildiyi aşkarlanıb, satınalmalar zamanı qanunvericiliyin tələbləri pozulub, bəzi hallarda tenderlər obyektin ehtimal dəyəri müəyyən olunmadan keçirilib, 5 tikinti obyekti istifadəyə verilsə də, balans uçotuna daxil edilməyib, bu da 30,6 milyon manat dəyərində dövlət əmlakının hesabatlılığında şəffaflığa xələl gətirib.

Quraşdırılan avadanlıqların sənədləşməsi və smeta bölmələrinin ekspertizadan keçirilməsi qaydaları pozulub.(Redaktor.az

Şərhlər

Gercekler 2025-04-18 02:06:58

Əsasən qabiliyyət imtahanlarında pul alınmaları in qarşısı alınmalıdır

sadiq 2025-04-17 20:37:03

materialları prokurorluğuna göndərmək lazımdır ki , cinayət işi açılsın

Mubariz 2025-04-17 18:42:32

Belə biabırçılıq dünyanın heç bir ölkəsində baş vermir .Necə olur bəh-bəhlə rəhbər təyin olunurlar , bir il keçmir sökməklə məşğul olurlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol