Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
"AzPolitika" "banker.az" - a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrablı Töhrab qızı başçısının birinci müavini təyin edilib.
Bununla da başçının müavinlərinin sayı ikiyə yüksəlib. Bununla belə, başçının I müavini vəzifəsi hələ ki, vakantdır.
Töhrablı Xəyalə Töhrab qızı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışırdı.
Xəyalə Töhrablı 9 fevral 1986-cı ildə Şəki şəhərində anadan olub.
2000-2004-cü illərdə Şəki Musiqi texnikumunu fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2004-2008-ci illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə bitirib.
2013-2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində İnstrumental ifaçılıq, instrumental ifaçılığın tarixi nəzəriyyəsi və metodikası ixtisası üzrə magistr elmi dərəcəsi almışdır.
2015-2019-cu illərdə Bakı Musiqi Akademiyasında Dissertant (Sənətşunaslıq üzrə) olmuşdur.
2006-cı ildən 2024-cü ilə qədər Şəki Musiqi Texnikumunda müəllim vəzifəsində çalışıb.


Şərhlər
Nə üçün Şəkinin İcra Hakimiyyətinin başçısının 28-il birinci müavini olmuş, şəkini zəbt edən Həsən Həsənov son yaş həddinə görə işdən azad edildi, ancaq onun haqqında məlumat verilmir ?
Xəyalə 30 -il Musiqi texnikumuna rəhbərlik edən Töhrab müəllimin qızıdır. Hər il Töhrab müəllim qəbul vaxtı milyonlar qazanıb, o milyonların səmərəsinə qızınıda İcra Başçısına müavin omasına gətirib çıxarda bildi... Hər şey pulun başındadır......... 30-il Başçının birinci müavini olan həsən Həsənov son yaş həddinə görə (70)işdən azad edildi, görəsən onun yerinə kim təyin olunacaqdır .......?Şəkidə təyin olunan kadrların hamısı o gündədir......!
Yeqik kişi musiqi hevesjarididaa . Burda ne var ki ?
Elxan müəllim kreativ adamdır. Görür ki,başçılıq da pul azalır, yollar axtarır, mahnıları başına toplayır.. Bax bir azdan görsəniz ki, Elxan müəllim bir ansambl düzəldib toylara gedir və özü də tamadalıq edəcək- inanın. Elxan da başqa heç bir icra başçısının ağlına gəlməyən bu evrika-ideyadan kaln gəlir olacaq. Başçının apardığı toyun qiymətləri, şabaşları ........ Kəllə-çarxa çıxacaq eeee...
İcra başçıları rayonlarda komunxoz, jek müdiri səviyyəsində işləyirlər. Büdcədən vəsait verilərsə asfaltda, tameddən, ağacdan-uğacdan əkir, ildə bir dəfə rayonun kəndlərini "kruqlauıb" səyyar qəbul keçirir "camaat nə deyilirsə orda da qalmaqla" vəssalam. İşə adam qoya bilmirsə camaatın da yarısı işdizdisə bunun nə hörməti olacaq. Boş şeydi...
İcra başçılarının 80-90 faizi gecə gündüz Allaha yalvarır ki, kaş onları toxunmadan işdən çıxaranlar gedib yığdıqları ilə keflə yaşasınlar. Ərizə vermək, işdən çıxmaq istəmək onların başına Qarabağdakı tikinti daşı boyda daş düşməsi ilə nəticələnə bilər deyə "səhər naxıra, axşam axıra" deyə səssiz səmirsiz işə gedib gəlirlər. Bir növ işgəncə şəkillər. Onda qala müavinlər.... İcrada işləyənlər maşa görə işləyirlər..
Şəkidə savadlı kadra yer verilmir...??? Şəki İcra Hakimiyyətində köklü kadr islahatı aparılmalıdır, Şəki əldən gedib !
İHazırda İcra hakimiyyətləri yarım ölü bir quruma çevrilib. Heç nəyi həll etmir, problem yaranırsa məşğul olduğu imitasiyası ilə kifayətlənirlər. Hələlik onların işi seçkilər və mərkəzdən ayrılan qəpik-quruşları xırıd etmək, mümkün qədər həzmi rəbadan keçirməkdən uzağa getmir. Vətəndaş qəbulları da boş-boş qırıllatmaqdan savayı heç nə deyil. İndi bu qız gedib Şəki icra hakimiyyətində fortepiano çalacaq-çalmayacaq özü bilər. Amma nə ixtisas olursa olsun bu artıq heç nəyi həll etmir.
Şəkidə Şəkilik qalıb ki?Ona görə pianoçunun dövlət işinə təyini şübhəli deyil.Şəkidə muiqi ilə ağlamaq qalıb.onu da təşkil edurlər.Bu idarəçiliyin " inkişafı " deyil?
Bunu icra başçısı gətirməyib ki? O sadəcə əmr imzalayıb.Onsuz da Şəki icra hakimiyyəti fəaliyyətsiz qurumdur.Elə oraya pianoçu da,ayaqqabı tikən də müavin ola bilər.Şəkidə rüşvət yığan,büdcədən oğurlayan.korrupsiya usytaı İcta başçıının 30 il müavin saxlanması sirr olan toxunulmaz müavini var.Qalanlarını boş verin.Bir də bu Usubov kimdir və niyə onun adı Yusif yoz Usub dur? Axı ermənistanda Usubyan soyadı çoxdur.Azərbaycanda Yusif adı olur.