Menu

İlhamə Elşadqızının məhkəməsi başlayıb

12.05.2025, 12:11
İlhamə Elşadqızının məhkəməsi başlayıb

“TikTok”da özünü şair kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 14-nə təyin olunub.

Xatırladaq ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.

İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.

Şərhlər

Roma 2025-05-12 15:19:42

Belə insanlar, yəni narkotiki saxlama və daşıma, efirdə əxlaqsız ifadələr işlətmə və s. bu kimi hərəkətlərlə ittiham olunan bu qadını cəmiyyət içinə buraxmağ olmaz. Bir Azəri qadınının həbsdə olmasını istəmirəm, ancaq, efirdə onun işlətdiyi çox iyrənc ifadələr heç cürə bağışlanası deyil...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol