Menu

Rusiya İran dronları ilə Ukraynaya hücum edib

22.05.2025, 17:05
Rusiya İran dronları ilə Ukraynaya hücum edib

Bu gün səhər saatlarında Rusiya ordusu yenidən 128 ədəd İran istehsalı “Shahed-136/131” PUA-ları ilə Ukrayna şəhərlərinə zərbə endirib.

Məlumata görə, hücumlar zamanı Ukrayna Müdafiə Qüvvələri tərəfindən 112 ədəd “Shahed” pilotsuz təyyarəsi zərərsizləşdirilib. Dronların 38-i zenit-raket bölmələri tərəfindən, 74-ü isə müdafiə sistemləri tərəfindən məhv edilib.

Qeyd olunub ki, İran dronları ilə Ukraynanın Dnepropetrovsk, Donetsk, Xarkov və Nikolayev vilayətləri hədəfə alınıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol