Menu

Makronun Vyetnam səfəri “şillə" ilə başladı - Şok görüntülər yayıldı + VİDEO

26.05.2025, 20:26
Makronun Vyetnam səfəri “şillə" ilə başladı - Şok görüntülər yayıldı + VİDEO

Fransa Prezidenti Emmanuel Makron Cənub-Şərqi Asiya turunun ilk dayanacağı olan Vyetnamda səfərrdə olarkən həyat yoldaşı Bricit Makronla qalmaqal yaşayıb.

"AzPolitika" xəbər verir ki, bu barədə xarici KİV-lərdə videogörüntülər yayılıb.

Yayılan görüntülərdə Bricitin həyat yoldaşı Makrona şillə vurduğu anlar əks olunub. Sözügedən kadrlarda Makronun bir anlıq şok yaşadığı və guya heç nə olmayıbmış kimi, kameralara əl salladığı görünür.

"Franceinfo" telekanalına danışan Yelisey Sarayının nümayəndəsi hadisə ilə bağlı açıqlama verib.

“Bu, prezident və həyat yoldaşı arasında səfərdən əvvəl yaşanan kiçik bir zarafatdır.  Sosial mediada yayılan görüntülər saxta və ya təhrif olunmuş deyil, lakin burada nə şillə, nə də zorakılıqdan söhbət gedə bilməz. Bu an sadəcə cütlüyün aralarındakı gərginliyi azaltmaq üçün yaşadığı bir stress boşaltma anı idi", -deyə nümayəndə qeyd edib.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol