Faşizm üzərində Qələbə Günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov saxlanılıb.
“AzPolitika" APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi Saleh Səmədov barəsində mənimsəmə cinayətlərinə görə 4 aylıq həbs qətimkan tədbiri seçib. O, AR Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
Yaxınlarının verdiyi məlumata görə, Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
***
Faşizm üzərində Qələbə Günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.
“AzPolitika" “Teleqraf”a istinadən xəbər verir ki, İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Onun vergidən yayınmada ittiham edildiyi bildirilir.
Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Şərhlər
Respublika Ağsaqqallar Şurasınn sədri regionlara Ağsaqqallar Şurasına sədr təyin edəndə, ağsaqqaları di nləməli, dövlətini və millətini sevən ən layiqli şəxsi həmin rayona sədr təyin etməli idi., yoxsa İcra hakimiyyəti başçısının rəyini nəzərə alaqar sədr təyin edir. Şəkidə savadlı Ağsaqqallar olmasına baxmayaraq, Şəkinin Vaqif Aslanı olmasıan baxmayaraq, sabiq polis əməkdaşını, ağsaqqal yaşına çatnayan bir adamı, hər daim pul qazanmaq yolunu axtaran vaqif əhmədovu Ağsaqqallar Şurqasına sədr təyin edib, nəticəsi də göz qabağında...... Vaqif Əhmədov yerinə tapılmır, ağsaqqallarda asudə faktarını keçirməyə yer tapmırlar... Düşünmək lazımdır, nə qədəe gec deyil normal adamı Ağsaqqallar Şurasına sədr təyin edilməlidir!
Ayaz Salayev , ve Behram Bagirzade kimi rusbaslarin axiri nece olacaq
Boyunu yerə soxum. Dövlətdən də xalqdan da bəs deyincə oğurlayıb geniə yoluna yeyirdinoğurlamışdın və heç kimin səninlə işi gücü yox idi. Heç mənasını da anlamadığın bir sarsaq lentin ..una düşdün. İndi nəinki oğurladığını hələ bir anadan əmdiyini də burnundan fitil-fitil gətirəcəklər və əcəb də edəcəklər
ISTEYIB YAXI OLSUN......INDI QALIB MEETTEL........KI, MEN NE ELEMIŠEMKI.....?
Burda deyibler :" Arığın ne işi var qoruüda ki vurub qiçını qlralar".
Təssüf və yenə təssüf ki, ölkədəki mövcud ictimai, iqtisadi, mənəvi durum belələrinə, (alçaq, dəyyusa, satqın, harın, qudurğan, eləcə də pişik Günellərə) əl-qol açmağa hər cür şərait yaradıb. Ara-sıra budama kompaniyası aparmaqla heç nəyə Nail olmaq mümkün deyil. Qatar artıq gedib. Nə qədər ki Nəcməddinlər, Eldarlar lap elə Hacıbalalar və onun kimi onlarla belələri haqqın tərəzisi dən uzaq tutulub belə olaylar davam edib çiçələnəcəkdir
biımey olmaz hardan maliyeleshib((
Bu Gözel ve "yağlı Qazdır " ve onu ele yolacaqlar ki,tükleri de incimeyecek .Uğurlar sene ey Veteninin qeyretini çeke bilmeyen "Bedbext".
Rusun belə birinə ehtiiyacı varmışsa onda Putin bundan da .... Əminəm ki, əməli saleh dən uzaq bu Saleh sadəcə korrupsiya və rüşvət hesabına əldə etdiyi varidatını eyforiyasında boğulub, nə etdiyini heeeeç qanmayıb. Bu adam adi qudurğan, harınlamış və cəzasızlıq mühitində, ranqında olduğunu güman etmiş və özünü iri bir ..xa salmışdır. Bu adama başqalarına görk üçün Azərbaycanın bütün müvafiq qanunları əzbərlədilmıləlidir.
Haqq-ədalət yerini tapdı. Azərbaycanda yaşayıb, qazanıb, Rusiyaya qulluq etmək istəyi belə də nəticələnməli idi.