Menu

Moskva hava limanlarının fəaliyyəti bərpa olunub

10.06.2025, 08:03
Moskva hava limanlarının fəaliyyəti bərpa olunub

Moskva hava limanlarında təyyarələrin gəlişi və yola salınmasına qoyulan məhdudiyyətlər aradan qaldırılıb.

APA xəbər verir ki, bunu Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artyom Korenyako bildirib.

Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski yenidən təyyarələri qəbul edib göndərir.

Məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq edildiyi bildirilir.

Kaluqa və Tambov hava limanları isə hələ də təyyarələri qəbul etmir.

Moskvanın bütün hava limanları PUA hücumu təhlükəsi səbəbilə bağlanmışdı.

Moskva vilayətinin Naro-Fominsk, Domodedovo, Ramenskoye, Odintsovo və Jukovskidə partlayış səsləri eşidilib.

Jukovski və Naro-Fominsk sakinləri partlayışlara bənzər ən azı on yüksək səs eşitdiklərini deyirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol