Menu

MÜAVİNƏT VƏ TƏQAÜDLƏR NƏ VAXT VƏ NƏ QƏDƏR ARTIRILACAQ? – Deputat açıqladı +VİDEO

10.06.2025, 22:18
MÜAVİNƏT VƏ TƏQAÜDLƏR NƏ VAXT VƏ NƏ QƏDƏR ARTIRILACAQ? – Deputat açıqladı +VİDEO

Bir sıra təqaüd və müavinətlərin artırılması gözlənilir.

"AzPolitika" xəbər verir ki, Prezident İlham Əliyev ötən il imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamda Nazirlər Kabinetinə sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərin 3 ay müddətində hazırlanıb təqdim edilməsi tapşırılmışdı. Bu müddət mart ayının 23-də başa çatıb. Bəs görəsən, sosial müavinət və təqaüdlər nə vaxt artırılacaq?

Millət vəkili Vüqar Bayramov "Xəzər TV"yə bildirib ki, ölkə rəhbərliyi tərəfindən müvafiq sənəd imzalandıqdan sonra təqribən 3 milyon şəxsi əhatə edən sosial müavinətlər və təqaüdlərin artırılması həyata keçiriləcək.

İqtisadçı-ekspert Xalid Kərimli isə deyir ki, artımların nə qədər olacağı birbaşa hökumətin səlahiyyətində olan məsələdir. Artıq bunun üçün büdcədə artımlarla bağlı ehtiyatlar yaradılıb və artımların olacağı ilə bağlı cəmiyyətə mesajlar verilib.

İqtisadçı həmçinin bildirib ki, ölkədə minimum əmək haqqı və pensiyanın artım faizinə uyğun olaraq sosial müavinət və təqaüdlərdə artım olacağı gözlənilir. Bu rəqəm isə təqribən 10-15 faiz arasında dəyişə bilər.

İqtisadçı qeyd edib ki, dövlət büdcəsində 3 milyard manatdan çox profisitin yaranması, eyni zamanda, vergi ödəmələrinin 5,7 faizin üzərində olması sosial müavinət və təqaüdlərin artmasına zəmin yaradır.

Şərhlər

Təqaüdçü 2025-06-13 20:14:15

Azərbaycanda sadə pensiyaçılar zillətdə yaşama məcbur edilib.Niyə u vəziyyətihakimiyyət görüb.bilib əncam çəmək istəmir? Axı pensiyaçılar da ölkənin əhalisidir.

Əliyeva Natəvan 2025-06-12 19:00:13

Bilmək istərdim orqanuzmin 81-100%itirilməsi və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər ümumi nə qədər pul alacaqlar

Elvin 2025-06-12 16:34:46

.220 manatl heç dərmana çatmir....2-3 il önçə 1 ildə 1dəfə heç olmasa gündəlik tələbat yardimi verilirdi indi onuda kəsiblər...sobesdən hətta 1 dəfə naxçivana sanatoriyaya göndəriblər 4 il önçə...indi xəstəni itirib axtaran yoxdur...açi həgigət...

Əlihüseyin 2025-06-11 20:51:59

Şərhlərlə razıyam Vuqar Bayramovdan yaxşı aparıcı çıxar.MM in ruporudur.nə lazımdırsa onu qabağa verirlər.maşallah şərh və internetdən yaxşı qazanır

Mərdan 2025-06-11 17:34:30

Utanmasan oynamağanəva ki ! ...

Qalib 67 yaş 2025-06-11 12:19:44

Vüqar Bayramov daha danışmaqdan yoruldu .nəticə isə yox

FETELİYEVA NİGAR 2025-06-11 09:24:09

Yoldasim 220nAzn pul alir. Surune surune yasayirig hec bir desteyimiz yoxdu .Tezlikle artim olsaydi cox yaxsi olardi.Hec olmasa 300 manat olardi. 1 Ovladimda var .

Təqaüdçü 2025-06-11 00:10:59

Bunlar bu ili yola vermək istəyirlər, ilin altı ayı keçib hələ nağıl danışırlar. İşıqpulu ,qazpulunu bir gecədə artırırlar, xalqın xeyrinə gələndə nağıl danışırlar....Bu deputatların heç bir hüqüqu yoxdur ....

Mahir 2025-06-10 22:32:29

Bəs bu müvafiq sənəd nə vaxt imzaya təqdim olunacaq ki.imzalansın.Niyə açıqanmı?Deputat nə zaman konkret bigi verəək? Bayramov həmişə uzun.ümumi sözlərlə baş aldadıb.göstərmək istəyir ki.nəsə anlayır.bilir.Bu yazının məsədi və mənası nə oldu? Komkretikdən uzaqqqqq

B.Kolxozdar 2025-06-10 22:27:08

1987 dən elə İşğalçıların ardıcıl müstəqil, özəl, dünyəvi xəyalət təxribatları təbii-natural dəyərimizi də daha ucuzl kağızlara çevirtdirməkdədir? Üç milyard profisit toplanıb-bəs nə qədər çox natural məhsul var? İzafi yox, əlavə nə qədər, hansı dəyərlər yaradılıb, istehsal olunub? Suveren sayılan ölkəmiz nədən adi gündəlik tər-təravətli tələbat məhsullarını da idxal məcburiyyətindədir???

Rensiyaçı 2025-06-10 12:05:29

Növbəti nağıl! mart ayında müəyyn oldu.indi iyndur..Nazirlr kabinəsi ilə Prezident aparatı yan-yanadır.Niyə nəticə 3 aya çatr? İkinci tərəfdən artmlar ölkədə baş verən bahalaşmanı nəzərə alaraq insanların yaşamını necə təmin edəcəyini düşünən var? 45-60 faiz hətta bəzi hallarda bundan artıq bahalaşma həddində göstərdiyiniz 10-15 faiz nəyi dəyişir? Axı Azərbaycanda kifayət qədər resurslar mövcddur

ƏNHU 2025-06-10 10:23:26

Bu deputat bu sözü neçənci dəfədir təkrar edir? Adam bir yalanı nə qədər təkrar edər? Görəsən bunu kim məcbur edir bu işə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol