Menu

Çəmbərəkdə güclü partlayış: 4 ölü, 11 yaralı

11.06.2025, 18:04
Çəmbərəkdə güclü partlayış: 4 ölü, 11 yaralı

Ermənistanın Geğarkunik vilayətinin Çəmbərək şəhərində yaşayış binasında baş vermiş güclü partlayış nəticəsində azı 4 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

“AzPolitika”-nın erməni mediasına istinadla verdiyi məlumata görə, axtarış-xilasetmə işləri davam edir. Geğarkunik vilayətinin qubernator müavini jurnalistlərə açıqlamasında bu barədə məlumat verib.

Ermənistan Səhiyyə Nazirliyindən bildirilib ki, yaralılardan 3 nəfər İrəvandakı xəstəxanalara aparılıb. Yaralıların vəziyyəti ümumilikdə qənaətbəxş hesab olunur. Zərərçəkənlər arasında 4 uşaq da var. Onlardan biri artıq evə buraxılıb, digərləri isə Çəmbərək xəstəxanasında müalicə alır.

Partlayışın dəqiq səbəbi hələlik müəyyən edilməyib. Ermənistan Daxili İşlər Nazirliyi hadisə yerində 3 qadının meyitinin tapıldığını təsdiqləyib. Nazirliyin nümayəndəsi Martun Simonyan ilkin ehtimala əsasən partlayışın qaz sızmasından qaynaqlandığını bildirib: “Hadisə nəticəsində binanın bir hissəsi dağılıb, xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir”.

İstintaq Komitəsi də partlayışın ehtimalən qaz sızması nəticəsində baş verdiyini təsdiqləyib. Faktla bağlı Cinayət Məcəlləsinin 412.2-ci maddəsi (təhlükəsizlik tələblərinə cavab verməyən məhsul və ya xidmətin insan ölümü və ya ağır xəsarətə səbəb olması) üzrə cinayət işi açılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol