Menu

İran irimiqyaslı hərbi təlimlərə başlayır

12.06.2025, 16:04
İran irimiqyaslı hərbi təlimlərə başlayır

İran İsrailin mümkün hücumu barədə məlumatlar fonunda yeni hərbi təlimlərə başlayır.

“AzPolitika” xəbər verir ki, “Mehr” agentliyi bununla bağlı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiriyə istinadla məlumat yayıb.

Baqirinin sözlərinə görə, təlimlərin məqsədi İran silahlı qüvvələrinin müdafiə qabiliyyətini, əməliyyat hazırlığını və çəkindirmə potensialını artırmaqdır.

“Mehr” agentliyi qeyd edir ki, “bu il müntəzəm manevrlərin cədvəli dəyişdirilib, təlimlər İrana artan regional təhdidlərə və düşmənlərin hərəkətlərinə cavab vermək məqsədi daşıyır”.

Bundan öncə “The New York Times” ABŞ və Avropa hökumət rəsmilərinə istinadla yazıb ki, İsrail çox güman ki, yaxın zamanda İrana qarşı hərbi əməliyyat keçirəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol