İran İsrailə qarşı genişmiqyaslı raket hücumu nəticəsində paytaxt Təl-Əvivdə yerləşən Müdafiə Nazirliyinin qərargahı vurulub.
Hadisə nəticəsində ərazidə ciddi dağıntıların olduğu bildirilir, lakin itkilər barədə hələlik rəsmi açıqlama verilməyib.
***
İran tərəfindən buraxılmış bir neçə raket İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasına dəyib.
Bu barədə İranın dövlət agentliyi IRNA məlumat yayıb.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisində onlarla hədəfə, hərbi və aviabazalara zərbələr endirildiyini bildirib.
SEPAH yaydığı bəyanatda “Əsl vəd-3” adlandırılan əməliyyatın ilk mərhələsində İsrailin onlarla hərbi baza və aerodromlarının vurulduğu qeyd edilib.
Bəyanata görə, hazırda əməliyyatın ikinci dalğası başlanıb və onlarla ballistik raket “İsrailin başına cəhənnəm alovu” yağdırmaq üçün yola çıxıb.
***
İsrailin paytaxtı Təl-Əvivdə partlayışlar olub. Bu barədə “Reuters” məlumat yayıb..
“Al Alam” telekanalı isə İran Silahlı Qüvvələrinin İran ərazisinə edilən hücumlara cavab olaraq İsrailə qarşı əməliyyata başladığı məlumatını yayıb.
İran mətbuatının yaydığı məlumata görə, bir neçə dəqiqə əvvəl yüzlərlə müxtəlif ballistik raketin işə salınıb
AFP isə Qüdsdə də partlayış səslərinin eşildiyini bildirir.
İRNA-nın məlumatına görə, İran İsrailə yüzlərlə ballistik raket atıb.
Bundan əvvəl İranın dövlətə yaxın SNN agentliyi xəbər vermişdi ki, ölkənin hava hücumundan müdafiə sistemləri İsrailə məxsus bir neçə döyüş təyyarəsi və pilotsuz uçuş aparatını vurmağa müvəffəq olub. İran tərəfi hücumun qarşısının böyük ölçüdə alındığını və strateji obyektlərin qorunduğunu iddia edir.
***
İsrail Müdafiə Qüvvələri (İMQ) İrandan raket atəşinə tutulduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin teleqram səhifəsində məlumat verilib.
"İMQ müəyyən edib ki, az öncə İrandan İsrailə raketlər buraxılıb. Müdafiə sistemləri təhlükənin qarşısını almaq üçün çalışır", – məlumatda vurğulanıb.
Hərbçilər vətəndaşları sığınacaqlara gizlənməyə və sonrakı xəbərdarlığa qədər orada qalmağa çağırıb.

Şərhlər
Bir gecəyə iflic edilib, başsız hala gətirilmiş, qalan hərbi də nədən həyəcan-psixozuna parçalayırlar? Frəng inqlabından başlanmış gərəksiz (Küveyt, İraq, İsrael və s.) boşuna və toxunulmaz hədəflərə atılmaqdansa, geri çəkilib, tənqidi təhlilə varmaq daha faydalı olmazmı?