Menu

Rusiya Ukrayna hərbi komissarlıqlarını vurmağa başlayıb – VİDEO

07.07.2025, 13:37
Rusiya Ukrayna hərbi komissarlıqlarını vurmağa başlayıb – VİDEO

Cəbhədə heç bir ciddi uğur qazana bilməyən Rusiya indi də Ukrayna hərbi komissarlıqlarına zərbələr endirməyə başlayıb. 

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının yazdığına görə, iyulun 7-də Rusiya Xarkov və Zaporojye şəhərlərində regional hərbi komissarlıqlara zərbələr endirib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb. Rusiyanın hücumu nəticəsində PUA-lar Xarkov komissarlıq binasına və ona bitişik əraziyə, eləcə də Zaporojye regional hərbi komissarlığı yaxınlığında yerə düşüb.

İlkin məlumatlara görə, Zaporojyedə bir, Xarkovda üç komissarlıq işçisi yaralanıb.

Bildirilir ki, Vinnitsa regional ərazi çağırış mərkəzi bir neçə partlayışdan sonra əsas ünvanda fəaliyyətini dayandırıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol