Menu

Peskov “WhatsApp”ın Rusiyada mümkün ləğvini şərh edib

18.07.2025, 16:14
Peskov “WhatsApp”ın Rusiyada mümkün ləğvini şərh edib

“WhatsApp” messenceri Rusiyada ən populyar xidmətdir, lakin ölkə qanunlarına uyğun olaraq müəyyən öhdəlikləri var.

“Report”un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“WhatsApp” - bir çox ölkələrdə, o cümlədən Rusiyada ən populyar xidmətdir. Bütün xidmətlər kimi əlbəttə, onların Rusiyanın qanunlarına uyğun olaraq müəyyən öhdəlikləri var. Bütün qanunlar yerinə yetirilməlidir", - o qeyd edib.

Daha əvəl Dövlət Dumasının informasiya siyasəti komitəsinin birinci müavini Anton Qorelkin bildirmişdi ki, WhatsApp çox böyük ehtimalla məhdudiyyətlərə məruz qalacaq resurslar siyahısına düşəcək. Qorelkin öz teleqram kanalında yazıb ki, messencerin "Rusiya bazarını tərk etməyə hazırlaşmaq vaxtıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol