Menu

"BUNLAR MANYAKDIRLAR..." - "Mən o qədər pulu götürüb hara gedə bilərəm ki?”

08.08.2025, 21:56
"BUNLAR MANYAKDIRLAR..."  - "Mən o qədər pulu götürüb hara gedə bilərəm ki?”

Xəbər verdiyimiz kimi, AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun ölkədən getdiyi, hazırda İspaniyada yaşadığı barədə məlumatlar yayılıb. Həmçinin onun bankların birində 170 milyon manat vəsaitinin olduğu, həmin məbləğdən hər ay 1 milyon 200 min manat gəlir əldə etdiyi qeyd edilib.

“AzPolitika” xəbər verir ki, Cahangir Əsgərov Manset.az-a açıqlamasında deyilənləri təkzib edib.

O qeyd edib ki, hazırda öz bağında istirahət edir: “Əlbəttə, bu məlumatlar yanlışdır. Mən bilmirəm, bunu yazanların məqsədi nədir? Hazırda İsmayıllıda, öz bağımda istirahət edirəm. Bir azdan buradan çıxıb Bakıya – Şüvəlandakı bağıma gedəcəyəm.

Bəli, mən İspaniyaya gedirəm, orada müalicə alıram. Sentyabrın 15-də müalicə üçün yenidən İspaniyada olacağam. Lazım gələrsə, klinikanın adını da deyə bilərəm. Hazırda pensiyada olan adamam. Xahiş edirəm, məndən əl çəksinlər. Ölkədə qanunlar var, mən o qədər pulu götürüb hara gedə bilərəm ki? Bunlar manyakdırlar. Heç olmasa yazanda elə yazsınlar ki, inandırıcı olsun. Mən hazırda tək yaşayıram. Xahiş edirəm, mənə toxunmayın. Mənə toxunanları Allaha tapşırıram”.

Şərhlər

Xındırıstanlı Köhnəyə 2025-08-13 10:36:58

Bəyəm, xaricə köçənlər iri pulları müasir şans təyyarəsi iilə də yox, özəl hibridlə aparırlar? Qarabağda (Ruben kimi) filizi qazıb, pullarını da İsveçrə Bankından istədiyin an onlayn götürə-çəkə bilərsən!

Kohne 2025-08-10 15:28:20

Bašligda yazilan kimidir...
BU O QEDER PULU GŎTÙRŮB HARA GEDECEK.? ONA GŎREDE QOYUB BANKA....3 BAŠLI EJDAHA KIMI XIMIR XIMIR YEYIRDE.......

Bəhrami 2025-08-10 13:27:25

Şərhlər 170 milyarddan haraylı səslənir. Məhz, MM və Dövlətimiz passiv sosializmi pylayıb, yerində özəl-iqtisadi üstqurum bərqərar edib ki, hər vətəndaş-işçi sadə *AZal*, *Qazelli* saibkarları kimi milyonlar qazana bilsinlər! Onlar nə Bankir, nə Maliyyə-sərMayədarı, heç Buxqalter də olmayıblar ki, onlara qanuni ötürülən halal-haqdan bir manat çox belə mənimsəyə bilsinlər?

Roma 2025-08-10 09:52:46

Mən 100% əminəm ki, manyakın yekəsi elə sən özünsən. Sadə bir vətəndaş, Vətənini və Millətini sevən birisindən, manyak olmaz, Oğullar böyüdüb, Vətən yolunda Şəhidlər verdilər, bir qarnı ac, bir qarnı tox. Sənsə oturdun isti kabinetdə, forsnan ədaynan rus dilində danışdın, bütün işçilərin də sənin kimi, hərdən də tvist oynayıb orta barmağını göstərdin...

Roma 2025-08-10 08:56:33

Mən 100% əminəm ki, manyakın yekəsi elə sən özünsən. Sadı bir vətəndaş, Vətənini və Millətini sevən birisindən manyak olmaz, oğullar böyüdüb, Vətən yolunda şəhidlər verdilər, bir qarnı ac, bir qarnı tox. Sənsə oturdun isti kabinetdə, forsnan ədaynan rus dilində danışdın, bütün işçilərin də sənin kimi, hərdən də tvist oynayıb orta barmağını göstərdin...

Sadə Azərbaycan vətəndaşı 2025-08-09 09:34:45

Ogru elə qışqırdı ki,dogri borclu çıxdı!!! Mən başımı soxmağa balaca bir kümə tapa bilmirəm!!!Sənsə,fahişə kimi bu. bağdan o bağa,o bağdan bu bağa qaçırsan.Düşün MANYAK sənsən yoxsa,ac xalq!!!!

rr 2025-08-09 08:48:39

Qanunda deyishiklik etmek lazim, xalqin pulunu talayanlari, dar aqacindan asmaq lazim (( milletin qozü qabaqinda!!

pulsuz işsiz 2025-08-08 22:00:21

millətə xalqa milyardlar yox bir neçə trilyon pul atılıb. Dünyada 2-ci bir millət yoxdur ki bu qədər talan-qarətə uğramış olsun

Türk 2025-08-08 21:55:23

bunun milliyətini bilən varsa yazın. Çünki bu bizim dilimizə nifrət edir. İşə götürdüklərinə şərt qoyurmuş ki Azərbaycan dilində danışma. Jurnalistlər xəbər tutana qədər hardasa 20 il belə olub

rr 2025-08-08 15:12:46

adam mil yeyib ( Allahadda tatshirir,, el helal

Roma 2025-08-08 13:59:04

Çıx denən ki, ay bunu deyənlər, heç hara getməmişəm və 170 milyonum da yoxdur, varsa onda onun mənbəyini göstər, necə olur ki, səndən qat-qat savadlı, vətənpərvər biri güclə yaşayır, sən isə ayda milyonlar xərcləyirsən, arabir də tvist oynayıb orta barmağını göstərirsən...

Tahir 2025-08-08 13:43:23

Manyak hər mənada sən özünsən. Qudurmuş, harınlamış birisən...

Tahir 2025-08-08 13:25:59

Manyak hər mənada sən özünsən. Qurumuş, harınlamış birisən...

TAHİR 2025-08-08 13:24:43

" Mənə toxunmayın" hə? Deməli qanunları zorlayaraq ölkənin və xalqın mallarını ye, tala, yüz illər bundan sonra da gələcək nəslinin ehtiyaclarını təmin elə , sonra pensiya adı ilə aradan çıxmağa çalış və hüquq mühafizə orqanlarınin "kor, kar olduğundan heç bir hesab sormadığından yana bir KİV bunun haqqında nəsə yazıbsa necə də həyasız olasan ki, " mənə toxunma"eyə biləsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol