Menu

"Artıq yorulmuşuq...” - Vens Ukraynanı hədəf aldı

11.08.2025, 10:39
"Artıq yorulmuşuq...” - Vens Ukraynanı hədəf aldı

“Ukraynanın savaşını maliyyələşdirməkdən yorulmuşuq. Artıq bu məsələyə sülh yolu ilə həll gətirmək istəyirik”.

Bunu ABŞ vitse-prezidenti JD Vens "Fox News" telekanalına müsahibəsində deyib.

Vens Ukraynaya maliyyə dəstəyini dayandırmaq və bölgədə sülhün təmin edilməsini istədiklərini bildirib.

Vitse-prezident həmçinin ABŞ xalqının da vergi pullarının bu müharibəyə xərclənməsindən narazı olduğunu qeyd edərək Avropa ölkələrini daha çox məsuliyyətli olmağa çağırıb.

“Avropalılara dediyimiz sadədir - Bu müharibə sizin arxa qapınızın önündədir. Əgər bu münaqişəni bu qədər önəmsəyirsinizsə, onun maliyyələşdirilməsində birbaşa və daha böyük rol oynamalısınız”, -deyə o qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Cəmşid Dərələyəzli 2025-08-11 18:25:22

Üç ildən artıqdır ki, bu müharibə ilə bağlı paylaşmalarımda dəfələrlə qeyd etmişəm ki, İmperializmi kapitalını o yerə qoyar ki, maraqları ve çıxarları alınsın., Alınmadıqda bax beləcə bir tərəfli qaydada imtina edər və vaxtı gələndə də xərclədiklərini də söksə -sökə sendən alar. Bu arada "Slava Zelenski" deyenlrin də sesi çıxmır artıq. O Zelenski ki, zamansız verdiyi qərarlarla o boyda ölkəni darmadağın etdirdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol