Menu

ABŞ səfirlikləri məxfi informasiya saxlancları ilə təchiz ediləcək

22.12.2014, 13:03

ABSABŞ Dövlət Departamenti Rusiya və postsovet respublikalarındakı səfirlikləri məxfi informasiyanın xüsusi saxlanclarla təmin etməlidir, habelə Moskvadakı diplomatik nümayəndəliklərində yuxarı vəzifələrə yalnız ABŞ vətənaşlarını təyin etməlidir.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu tələblər ABŞ Konqresinin qəbul etdiyi və prezident Barak Obamanın imzaladığı qanun layihəsində yer alıb.

Sənəddə qeyd olunub ki, ABŞ-ın Rusiya və keçmiş SSRİ respublikalarındakı diplomatik nümayəndəliklər informasiya saxlanılması üçün xüsusi yerlərlə təchiz olunmalıdır.

Qanun layihəsində həmçinin ABŞ-ın mərkəzi icra strukturlarına ölkənin kəşfiyyat və hüquq-mühafizə orqanlarının Ukraynanın müvafiq qurumları ilə əməkdaşlığını genişləndirmək tapşırığı əks olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol