Ötən gün bir sıra mətbu orqanlarda Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı müxtəlif iddialar yayılıb. Dərs ilinin başlaması ərəfəsində, qısa zaman kəsimində, işıq sürəti ilə bir sıra KİV-lərdə tirajlanan bu xəbər əhali arasında böyük çaşqınlığa səbəb olub. Yayılan iddialara görə, ictimai nəqliyyatda 100%-lik bir artımdan söhbət gedir. Bildirilir ki, metro və avtobuslarda gediş haqqı təxminən 1 manata qədər artırıla bilər.
Məlumat üçün bildirək ki, son olaraq ictimai nəqliyyat tarifləri daşıyıcı şirkətlərin müraciəti əsasında 30 iyun 2024-cü il tarixində yenidən tənzimlənib. Qərara əsasən, avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib.
Ümumən isə son illərin statistik təhlilləri göstərir ki, ölkədə ictimai nəqliyyatda gediş haqqının artım tempində bir canlanma var.
Məsələn, 2007–2017-ci illərdə avtobus və metroda sərnişin daşıma qiymətləri 20 qəpik təşkil edirdisə, 2018-ci ildən sonra gediş haqları 30 qəpiyə artırılmışdı. Bu dövr ərzində artım 50% olmuş, yəni orta illik artım təxminən 4,5% təşkil etmişdir. 2018–2024-cü illərdə tarif daha sürətli yüksəlmiş, 50 qəpiyə çataraq 66,7% artım tempinə nail olmuşdur. Bu, illik ortalama 10,7%-lik bir artım deməkdir ki, bu da əvvəlki dövrə nisbətən iki dəfə sürətlidir. Ümumilikdə, 2007–2024-cü illər ərzində Bakı avtobus tarifləri 150% artmışdır. Sözügedən artım həm iqtisadi faktorlarla, həm də nəqliyyat xərclərinin artması ilə izah olunmuşdu.
Metroya gəlincə, burada da son illər gediş haqqının artımı diqqət çəkən məsələlərdən biridir. 2018-ci ildə metroda bir gedişin qiyməti 30 qəpik müəyyən edilmişdi. 2023-cü ilə qədər bu tarif 40 qəpiyə yüksəldi ki, bu da təxminən 33,3% artım deməkdir. Bu dövr ərzində illik orta artım təxminən 6,7% təşkil etmişdir. Sonrakı iki ildə, yəni 2023–2025-ci illərdə metro gediş haqqı 50 qəpiyə çatdırılıb. Bu dövrdə artım tempi daha sürətlidir – ümumən 25% artım qeydə alınıb. İllik orta artım 12,5%-ə bərabər olub ki, bu da əvvəlki dövrə nisbətən təxminən iki dəfə yüksəkdir. Ümumilikdə, 2018–2025-ci illər ərzində metro gediş haqqı 30 qəpikdən 50 qəpiyə yüksələrək 66,7% artım göstərmişdir. Statistik təhlil bir daha göstərir ki, avtobusda olduğu kimi, burada da artım tempi xüsusilə son iki ildə sürətlənib.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya şərhində bildirib ki, Azərbaycanda birdəfəlik gediş haqqının məbləği ancaq turistləri maraqlandıran məsələ olmalıdır.

Ekspertə görə, Azərbaycandakı sistem yanlışdır: “Birdəfəlik gediş haqqının neçəyə olması nəqliyyatdan az-az istifadə edənlərə aid edilməlidir. Azərbaycanda günlük, həftəlik, altı aylıq və bir illik gediş biletləri təsis edilməlidir. Bu biletləri alan vətəndaşlar üçün nəqliyyatda gediş haqqı fərqli hesablanmalıdır. Məsələn, siz bir günlük bilet alırsınızsa, gün ərzində istədiyiniz qədər nəqliyyatdan istifadə edirsinizsə, o zaman gediş haqqı gündəlik məbləğdən bir qədər ucuz olmalıdır. Bir aylıq alırsınızsa, 20 faiz ucuz olmalıdır. 6 aylıq alınırsa, 30-35 faiz ucuz olmalıdır. Bir illik alınırsa, necə ki, Avropa ölkələrində bu var, bu, gündəlik gediş haqqından 50 faiz ucuz olmalıdır. Belə bir sistem qurulmalıdır. Bundan başqa, tələbələr və təqaüdçülərə xüsusi biletlər satılmalıdır. Onlar xüsusi kateqoriya kimi qeyd edilməlidirlər”.
N. Cəfərlinin sözlərinə görə, Azərbaycanda müsbət mənada mürəkkəb və işlək bir sistemin təsis olunmasına ehtiyac var. İqtisadçı vurğulayır ki, zaman-zaman nəqliyyatda gediş haqqı artırılsa da, bunun insanların məmnuniyyətinə və daşımada keyfiyyət artımına heç bir təsiri olmur.
Məlum məsələdir ki, ictimai nəqliyyatda gediş haqqının artırılması əhalinin gündəlik həyatına birbaşa təsirsiz ötüşməyəcək. Xüsusilə aztəminatlı və orta gəlirli ailələr üçün bu, büdcəyə əlavə yük deməkdir. Bu zaman gündəlik işə gedib-gəlmək xərcləri yüksələcək və ailələrin digər ehtiyaclar üçün sərf edə biləcəyi məbləğ azalacaq. Digər tərəfdən, gediş haqqının artırılması ictimai nəqliyyata marağı azalda, şəxsi avtomobillərə üstünlük verilməsinə səbəb ola bilər ki, bu da paytaxtın əsas problemlərindən olan tıxac məsələsini daha da həlli mümkünsüz olan xaosa çevirə bilər. Hər halda, ümid edirik ki, müvafiq qurumlar bu barədə qərar verərkən daha diqqətli davranıb, yuxarıda qeyd olunan bu amilləri də nəzərə alacaqlar...
E. Bəyməmmədli
AzPolitika.info

Şərhlər
Allah belanizi versin insallah bir aileden 5 insan evden cixanda bezileri hele ele olur ki 2 marsurut deyisir onlari niye nezere almirsiz.
Bu millet basini sallayib sakit yasayir ne isteyirsiz ele gelir qazanmaq isteyirsizse xarici vetendaslari azerbaycana gelmesini temin edin.
University Qarabağa kocurun
Xaricilere qarabagda serait yaradin gelsinler tiksinlər
Vizalari qaldirin axin eelsinler
Serhedleri acin bezilerine baglayin
Yerli xalqa serait yaradin
Is qurmaq isteyenlerin qanini icirsiz
Etmeyin bunlari rayonlarda is yerleri acin millet rayonuna getsin hami bakiya yihilib
Nazirlerin xarice ogurladiqlari pullari geri getirsinler rayonlarda is qursunlar camahat islesin neyse
işığın qiyməti də qalxıb https://www.youtube.com/shorts/kw27jLe7vHQ
Artıq bu kasıb xalqa qrşı düşmənçilikdir
Ölkə niyə idarə olunmur?....Bu biabırçılığa nə zaman son qoyulacaq? Axı bu kənardan da görünür.
300manat maaş alan ölkədə nədi bu,nə düşünürsüz,niyə camaatın qanını içmək istəyirsiz?3 marşrut dəyişib işə gələn adam maaşı necə çatdırsın ,işığa versin ,qaza versin,ya yola ,uşağını necə böyütsün özü nə yesin əl çəkin də kasıbdan
Bele çox agillisiz gedis mesafesine gore qiymet qoyun 1 astanofka sora dusecemse niye 1AZN vermeliyem biraz beyniviz olsun
Bu ideyanı kim irəli sürürsə Allah onun bəlasını versin.Bu kasıb və orta təbəqənin cibinə girməkdir.
MƏMURLAR BACARIQSIZLIĞINI,İDARƏCİLİYİNİN OLMAMASININ ÖRT BASIR ETMƏK ÜCÜN QİYMƏT ARTIMI VASİTƏSİ İLƏ VƏZİYYƏTƏN XALQIN HESABINA CIXMAQ İSTƏYİRLƏR.RİNN İŞİ ARAŞDIRILMALIDIR.
Bu mə biyabrçılıqdı 50 qəpiyin özü elə bu gün üçün çoxdur 40 50 faiz ailələr evinə gündəlik çörək pulu qazana bilmir elə hər il vergi qalxır , kamunal qalxır , ərzaq qalxır , yol pulu qalxır amma maaş qalxmır ki qalxmır 300 - 350 manatla bugünki gündə dolanmaq olmure 350 manat heç 1 adamın 10 günlük problemini həll etmir
Bu. İnsanları. İstismar. Etməkdir. Cox. Dözülməz. Haldır.
Xalqı soymaq cəhdlərinə nə zaman kim son qoyacaq? br yandan bahalaşmalar,gigər yandan əsası olmayan yüksələn cəriməlr xaqı ağır vəzyyətə saldığını düşünən yetkili niyə tapılmır? Xalq yazıq günə ısalınb.
cox ölkelerde( rusiya daxil) pensiyacilar telebeler pulsuzdu ))) bizde invaliddende pul alirlar , Hani hakk edalet ??? varmi ?? varli dövlet sayiliruq axi !!!
Azərbaycanda hakimiyyət kasıb hərləşdirmir.Ölkəni buraxb acgöz "sahibkarların" ixtuiyarına.Onlar da xalqı soymaqda davam edir.Bütün normaı ölkələrdə avtobusla sərnişin daşımaları dövlət dotasiyaları hesabına millətə nəqliyyat xidməti göstərir.Azərbaycabda hakimiyyət özünü niyə bu məsələdən kənara çəkdiyi sual doğurur.
Nəqliyyat vasxitələrinin qalxması Az təminatlı ailələrinin maddi cəhətdən ağırlaşmasına gətirib çıxaracaqdır !ssri dönəmində nəqliyyatda gediş haqqı 5 qəpik olmasına baxmayaraq müəssisə özünü doğruldurdu, çünki nəzarət sistemi hökm sürürdü. İndi isə nəzarət yox dərəcəsindədir, nazirlik, komitələr özləri yazdıqları qanunlarla idarə olunurlar, aidiyyatı qurumlar isə nəzarət etmirlər. Yoxlamaar bərpa olunmalıdır,çünki, gəlirə nəzarət olunmalıdır.... Dövlətin vəsaitinə nəzarət gücləndirilməlidir, gediş haqqının qaldırılmasına ehtiyac olmayacaqdır !
Xalqdan yığılan hər cür fırıldaqın cibinə girərək yığılan pula Qarabağı bərpa edib ermənilərə pulsuz qaz verin pensiya verin
Bu ideyanı kim irəli sürübsə o insan deyil. Allah lənət eləsin ona
Bu qiymətin tətbiqi, kasın evdən çıxmamağına hesablanıb, tələbələr və s. kasıb zümrənin işi lap pis. Belə ki, hər hansı bir insan gün ərzində metro və avtobuslardan 6-8 dəfə istifadə edirsə bu aylıq 200-250 manat pul edir, o bu pulu qazanmır və ancaq nəqliyyata bu qədər ödəyirsə, onun başqa xərcləri?????...Sovet dönəmində tələbə 40 manat təqaud alırdı və bu 800 dəfə avtobus, metro, tramvay və s.. istifadə edə bilirdi, indi isə 800 dəfə 800 manat deməkdir, təsəvvür edirsinizmi fərqi???...
50 qəpikdən 1 manata qalxma 100% edir, 50% yox
bu artıq kasıb əhalini dalana dirəməkdir. İnsan olun insafısınız olsun.