Xəbər verildiyi kimi, ölkə başçısı tərəfindən Ağdaşın icra başçısına şiddətli töhmət verilib. Bu qərar növbəti dəfə Azərbaycanda icra hakimiyyətləri idarəçiliyinin effektivlik məsələsini gündəmə gətirib.
Göründüyü kimi, icra başçılarının vəzifələrindən azad edilməsi, yerlərinin dəyişdirilməsi, töhmət alması, hətta həbs edilməsi də vəziyyəti dəyişmir və bu struktur əhalinin ən çox narazı qaldığı orqanlardan biri olaraq qalır.
Bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli də maraqlı paylaşım edib: “Töhmətlə, şiddətli töhmətlə, həbs etməklə, işdən çıxartmaqla olmur, düzəlmir də bu sahə - şəhər-rayon İcra Başçıları institutu ləğv edilməlidir. Bu qurum SSRİ-dən qalma mənasız, qeyri-effektiv, “birinci katib” adının dəyişdirilmiş formasıdır.
Şəhər-rayon seçkili Mer institutu təsis edilməli, hesabatlı, şəffaf yerli özünüidarə institutları yaradılmalıdır. Başqa yol yoxdur, qalib xalq şəhər, rayon, qəsəbə və kəndlərdə özünü idarə edə bilər, buna inanmaq, bu sistemə keçmək zamanıdır.
Bu gün iqtisadiyyatda yaranmış durğunluğun, geriləmənin, aqrar sektordakı problemlərin, regionlardan Bakı və Abşerona axının davam etməsinin ən böyük səbəbi məhz köhnəlmiş mərkəzi və yerli idarəetmə sistemidir – Azərbaycan qarşısında duran çağırışlara bu sistem artıq cavab verə, problemləri həll edə bilmir.
Prezident Əliyevin doğru qərarı ilə ölkədə 14 iqtisadi rayon yaradılıb, həmin iqtisadi rayonlar inzibati ərazi vahidinə çevrilməli, prezidentin şəxsi nümayəndəlik institutu Prezident adına həmin 14 ərazi vahidində Dövləti təmsil etməlidir.
Prezidentin şəxsi nümayəndəlik institutu artıq bir neçə ildir ki, öz effektivliyini sübut edir, icra başçısı institutu həm də ona görə ləğv edilməlidir ki, yerli idarəetmədə səlahiyyət və məsuliyyət bölgüsündə yaranmış hüquqi boşluqlar da aradan qaldırılsın...”
“AzPolitika.info”

Şərhlər
Prezident Aparatında nə qədər erməni qarışıqlar var? Onları oraya kim və niyə yığıb7 məgər ermənilər düşmənimiz deyil? Bir buna diqqət etmisiniz?
Korrupsiya , rüshvet, aradan qaldirilmasa,,, ne isteyirsiz edin ,,, xeyri olmayacaq !!! belede bashimiz aqrayacaq, derman tapilmayacaq )))Sadece bunu istemek lazim !!
*Perpetium-mobelə* loru dildə-mükəmməl texnoloji bir iş-hərəkət, minimal yanacaq-enerji, dəqiq-yetəri maliyyə-sərmayəsiz nəinki, NOU-XAU yeniliyi, hər hansı quruculuq belə səmərəli və sərfəli nəticələnmir? Gözəl-Yaşıl Xırdalan AAAF Park istismar 20 illik resursunu bitirməkdədi, hələ də tam məskunlaşmayıb? Bəlkə, xanlıqlara və geniş məsləhətli Şahlığa qayıdaq?
Bugünki icra başçıları da elə bir növ prezidentin şəxsi nümayəndələridir də. Bunların adını dəyişmək heç nəyi dəyişməcək. Naxçıvan gözündən batıb gedir. icyima nəqliyyat günortaya qədər işləyir. Camaat işdən çıxıb evinə qayıtmağa nəqliyyat tapmır. Miiləti taksidən istifadə etməyə məcbur edirlər. Şəxsi nümayəndə bunları görmür? Onu ora ovuq goyublar? Görünən odur ki, heç şəxsi nümayəndə də heç bir effekt vermir. Bizim evimizi yıxan korrupsiyaya yaşıl işıq yandırılmasıdır. Yoxsa quzu qurdla otlayardı.
Azərbaycanda hans sektorda düz gedən iş var? Göstərə bilərsiniz?..Yeni real müasir idarəçiliyə ehtiyac var.i...
Natiq Cəfərlinin bu mövqeyini qəşş edib gülmədən oxumaq olmur. ... Seçki institutu olmayan yerdə hansısa "seçkidən" danışmaq sadəcə ABSURDDUR.
Azərbaycanda mövcud idarə sistemi effektsiz,.korrpsiya üzərində qurulmuş sistemdir....Odəur ki.digər ölkələrdə olduğu kimi presperktiv idarə sisteminə keçilməli və əhaiyə baxış dəyişməlidir.