Menu

"Qarabağ" "Zirə" ilə üz-üzə gəlib

12.09.2025, 22:07
"Qarabağ"  "Zirə" ilə üz-üzə gəlib

"Qarabağ" Misli Premyer Liqasınnın IV turunda "Zirə" ilə üz-üzə gəlib

"Azersun Arena"dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1.

39-cu dəqiqədə Ruan Renato "qartallar"ı hesabda önə keçirib. 81-ci dəqiqədə meydan sahiblərindən Kadi Borges tarazlığı bərpa edib.

Xallarının sayını 8-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. Ağdam klubu 4 xalla hələlik beşinci sıradadır.

Günün ilk görüşündə "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib.

Qeyd edək ki, tura sentyabrın 14-də yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol