Menu

Türkiyə XİN Yunanıstana etiraz edib - "Belə təşəbbüslərdən çəkinməyə çağırırıq"

14.09.2025, 16:57
Türkiyə XİN Yunanıstana etiraz edib  - "Belə təşəbbüslərdən çəkinməyə çağırırıq"

Yunanıstanın Anadoluya təcavüz və işğala cəhdinin ildönümündə bu ölkənin rəsmilərinin əsassız və təkəbbürlü açıqlamalarını rədd edirik.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, bu bəyanatlar tarixi faktlara və iki ölkə arasında dostluq münasibətlərinin inkişafına yönəlmiş səylərə ziddir: "Biz Yunanıstan hakimiyyətini daxili siyasi motivlərlə hərəkət etməkdən və iki xalq arasında düşmənçilik yaratmağa yönəlmiş təşəbbüslərdən çəkinməyə çağırırıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol