Menu

TƏBİB-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi bıçaqlanıb – Keçmiş əri axtarışdadır

07.10.2025, 09:49
TƏBİB-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi bıçaqlanıb  – Keçmiş əri axtarışdadır

Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva hücuma məruz qalıb.

Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zamirə Adilova açıqlama yayıb.

Z.Adilovanın sözlərinə görə, Lamiyə xanım müxtəlif bədən xəsarətləri alıb və bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dərhal Şirvan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Burada ona zəruri instrumental-diaqnostik müayinələr aparıldıqdan sonra cərrahi əməliyyat icra olunub. “Lamiyə təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və səmimi bir xanımdır,” – deyə Z.Adilova bildirib.

Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir. 11 bıçaq zərbəsi alan yaralının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

“İnanırıq ki, dəyərli həkimlərimizin səyləri və özünün iradəsi ilə o, bu sınaqdan da güclü çıxacaq, tezliklə sağalaraq yenidən aramıza dönəcək. Allah şəfa versin!” – deyə açıqlamada qeyd olunub.

Lamiyə Qanbayevanın cinayət əməlini törətməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol