Menu

“Onlar üçü də mənimlə debatdan qorxur” - Paşinyan

08.10.2025, 10:12
“Onlar üçü də mənimlə debatdan qorxur” - Paşinyan

“Guya müharibədə qalib gələn, Qarabağı ermənilərdə saxlayan, qüsursuz danışıqlar aparan, iqtisadiyyatı inkişaf etdirən üç keçmiş prezident mənimlə debatdan qorxur”.

“AzPolitika” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində paylaşdığı videoda deyib.

Söhbət Ter-Petrosyan, Sarqsyan və Koçaryandan gedir. 

Paşinyan qeyd edib ki, bu şəxslər ictimai müstəvidə mətbuat və s. vasitəsilə ona qarşı mübarizə, təbliğat aparsalar da, təkbətək debatdan qaçırlar: “Onların dediklərinin 99.9 faizi “feyk”dir. Bunu asanlıqla nümayiş etdirə bilərəm. Yeri gəlmişkən, parlament seçkilərində iştirak edəcəksiniz, onda da debatlara gəlməyəcəksiniz? Yenə qaçacaqsınız?”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol