Xəbər verdiyimiz kimi, Hesablama Palatasının Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-2023-cü illəri əhatə edən yoxlama aparıb.
Yoxlamalar nəticəsində AMEA-da çoxlu sayda nöqsanlar və qanunsuzluqlar aşkarlanıb.
Aşkarlanan qanun pozuntularının bir çoxu üzrə cinayət işləri açılıb.
Bir neçə gün əvvəl Baş prokuror Kamran Əliyev də jurnalistlərə açıqlamasında həmin cinayət işlərindən bir neçəsinin istintaqının artıq yekunlaşdığını və baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərildiyini bildirib.
AMEA-da aşkarlanan qanun pozuntularının Ramiz Mehdiyevin yoxsa Akif Əlizadənin rəhbərlik etdiyi dövrləri əhatə etməsi ilə bağlı çaşqınlıq isə hələ də qalır.
Akif Əlizadənin rəhbər olduğu dövrlərdə AMEA-da çalışan alimlərdən biri Lent.az-a bildirib ki, yoxlamalar Ramiz Mehdiyevin rəhbər olduğu dövrləri əhatə edib: “Bu yoxlamaların Akif Əlizadənin rəhbərlik etdiyi dövrlə heç bir bağlılığı yoxdur.
Hansı cinayətlərdən söhbət gedir məlumatsızam. Yalnız onu deyə bilərəm ki, Akif Əlizadə dönəmində Xızı rayonu ərazisində yerləşən AMEA-ya aid olan torpaq sahəsindən akademiya əməkdaşlarına (müraciət edənlərə) hər birinə 10 sot torpaq sahəsi verilib. Bu da ilk mərhələdə 500 əməkdaşı əhatə edib. İlk mərhələdə 350 əməkdaşın müraciəti təmin olunub. Qalan 150 nəfər əməkdaşın da müraciəti 2019-cu ilin sonuna kimi həll edilməli idi”.
“AMEA-nın əməkdaşlarına niyə məhz Xızıda torpaq verilib?” - sualına isə alim belə cavab verib: “Məqsəd nəzərdə tutulan ərazinin şəhərə yaxın olması idi. Bu ərazidə alimlər məskunlaşacaqdı və təbii formada bir kompleks yaranacaqdı. Mən deyərdim ki, Akif Əlizadə dönəmində Rəyasət Heyətinin qərarı ilə başlanmış bu işin sonrakı dövrdə ləğv olunması Ramiz Mehdiyevin ən böyük cinayətlərindan biri idi”.
Qeyd edək ki, məlum torpaq məsələsi də cinayət işləri üzrə epizodlardan biridir.

Şərhlər
Azərbaycanda Ramiz Mehdiyev. və digər kürd və erməni əsilli cinayətkarlar cəzalandırılmır.rüşvətlə və vəzifə səlahiyyətlərindən sui istifadə hallarında əldə etdikləri əmlak,milyonlarla yaşayırlar....Bu eybəcərlikdir!Azərbaycan xalqı isə zillətdə və qorxu içində yaşamağa məcbur edilib.
Yəni Akif Əlizadəyə qədər AMEA-da rüşvət, saxtakarlıq olmayıbmı???...deməli bu əməllər artan silsilə ilə gedir...
Azərbaycanda ... mühakimə olunmurOnların cnayətləri açılmr.cəzadan azaddərıar.bunu sübt etməyəehtiyac yodur.Misal: Abutalıbov.Mehdiyev vəsairələr.Qeyri milli hakimiyyət onları qoruyur.
AMEA-da rüşvətin, saxtakarlığın banisi Akif Əlizadə olmuşdur. Ramiz isə ondan daha betər olub. Hər ikisinin əməli yoxlanmalıdır.