Menu

Çin Rusiya dronları üçün komponentlərin əsas tədarükçüsü olub

14.10.2025, 09:14
Çin Rusiya dronları üçün komponentlərin əsas tədarükçüsü olub

Çin Rusiyanın dron istehsalı üçün vacib komponentlərin tədarükünü əhəmiyyətli dərəcədə artırıb.

APA xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Nəşr dronların daşınması, gömrük göndərişləri və tədarük zəncirləri üzrə ticarət məlumatlarını, eləcə də əlaqədar şirkətlərin açıqlamalarını təhlil edib.

Tədqiqatın nəticələri göstərir ki, Çinin dron istehsalçıları Rusiya müəssisələrinin istehsal güclərinin artırılmasında əsas rol oynayıb.

Bu isə döyüş meydanında birbaşa tətbiqi olan komponentlərin hazırlanmasına imkan yaradıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol