Menu

ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb

14.10.2025, 11:56
ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb

İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen arasında təkbətək görüş başlayıb.

"Report"un məlumatına görə, bu barədə Ermənistanın XİN-in sözçüsü Ani Badalyan "X" sosial şəbəkəsində yazıb.

"Xarici işlər naziri Ararat Mirzoyan ilə ATƏT-in fəaliyyətdə olan sədri, xarici işlər naziri Elina Valtonen arasında təkbətək görüş Ermənistan Xarici İşlər Nazirliyində keçirilib", - deyə o qeyd edib.

Daha əvvəl Valtonenin 13-15 oktyabr tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər edəcəyi barədə məlumat verilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol