Menu

Yeni peşə məktəblərinin tikilməsi nəzərdə tutulur

14.10.2025, 13:06
Yeni peşə məktəblərinin tikilməsi nəzərdə tutulur

"Peşə təhsili müəssilərində 40 mindən artıq tələbə təhsil alır".

APA xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, peşə təhsili üzrə dövlət sifarişli yerlərin sayı 84 faizdir: “Orta təhsil xərcimizin məbləği 2700 manatdır. Bundan əlavə, məktəbəqədər təhsil müəssisəsində bir təhsil alana 4500 manat vəsait xərcləyirik”.

İdris İsayev həmçinin bildirib ki, yeni peşə təhsil müəssiələrinin tikilməsi nəzərdə tutulur: “Orada əsasən dövlət sifarişli yerlər olacaq. Peşə təhsilinə qəbul sayını 2 dəfə artırmalıyıq. Növbəti tədris ilindən peşə təhsili müəssiələrində təhsil alan tələbələrinin sayının 50 minə çatacağını görə bilərik. Çalışacağıq ki, müəyyən edilmiş hədəfləri reallaşdıraq”.

O qeyd edib ki, bu il peşə məktəblərinə 27.000-dən artıq tələbə qəbul olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol