Menu

Tramp Merzə təzyiq edir ki, Ukraynaya “Taurus” versin – KİV

14.10.2025, 14:14
Tramp Merzə təzyiq edir ki, Ukraynaya “Taurus” versin – KİV

ABŞ Prezidenti Donald Tramp Kiyevi “Tomaqavk” qanadlı raketləri ilə təchiz etmək qərarına yaxınlaşır, bu, strateji baxımdan təkcə Ukraynanın müdafiəsini gücləndirmək üçün deyil, həm də tərəddüd edən Avropa müttəfiqlərini nümunə götürməyə təşviq etmək üçün nəzərdə tutulub.

“AzPolitika” xəbər verir ki, bu barədə yazan “Kyiv Post”un məlumatlı mənbələrə istinadla verdiyi məlumata görə, bura Almaniya və onun “Taurus” raketləri də daxildir.

Qeyd olunur ki, Almaniya kansleri Fridrix Merz bazar ertəsi Trampla “Ukraynada müharibənin sona çatmasına kömək etmək üçün birgə səylər” barədə danışacağını elan edib. Bu, o deməkdir ki, Trampın “Taurus” təzyiqi artıq müəyyən diplomatik irəliləyişlərə gətirib çıxarır.

Nəşr qeyd edir ki, bu hadisə xüsusilə də Ukrayna Prezidentinin “Tomaqavk” müzakirələri üçün ABŞ-yə səfərə hazırlaşması ərəfəsində vacib əhəmiyyət kəsb edir. Belə ki, mənbələrdən birinin nəşrə bildirdiyinə görə, V.Zelenskinin ABŞ-yə gözlənilən səfəri həm də Ukraynanın ABŞ-nin daxili raketdən müdafiə strategiyasında potensial rolunun müzakirəsinə yönələcək.

Mənbələr qeyd ediblər ki, “Tomaqavk” qərarı təkcə xarici yardıma deyil, həm də “Ukraynanın hərbi mübarizəsinin daha geniş, gələcəyə hesablanmış Amerika təhlükəsizlik strategiyasına inteqrasiyasına” aiddir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol