Menu

General Hüseynov vəzifəsindən azad olundu - Səbəbini AÇIQLADI

15.10.2025, 21:16
General Hüseynov vəzifəsindən azad olundu - Səbəbini AÇIQLADI

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Hüseynov vəzifəsindən azad edilib.

"AzPolitika"  “Bakupost”a istinadən xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.

İsmayıl Hüseynov “Unikal”a açıqlamasında səhhətində problem yarandığını və həkim yoxlanışından keçdiyini bildirib.

“Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm”, - o qeyd edib.

Qeyd edək ki, İsmayıl Hüseynov 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.

2023-cü ildən isə o, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.

Şərhlər

Rr 2025-10-16 08:53:21

Aha,,,, milyonnar

Ee 2025-10-16 03:54:37

Adam milyonnar yiqib ((( 100%

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol