Menu

Rusiya hərbçisi yoldaşlarını güllələyib

17.10.2025, 12:36
Rusiya hərbçisi yoldaşlarını güllələyib

Moskva vilayətində çağırışçı əsgər öz əsgər yoldaşlarına atəş açıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, Naro-Fominsk rayonundakı hərbi hissədə çağırışçı əsgərin yoldaşlarına atəş açması nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.

Rəsmi orqanlar hələlik hadisə ilə bağlıməlumat yaymayıb.

Qeyd olunur ki, Naro-Fominskdə106-cı Hava Desant Diviziyasının 1182-ci Mühafizə Artilleriya Alayı, Kantemirovsk tank diviziyasının alayları, Moskva Hava Hücumundan Müdafiə Briqadası və Moskvadan çağırışçılar üçün təlim bölmələri yerləşir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol