Azərbaycan və Türkiyə arasında Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlıq müzakirə olunub.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov "X"də yazıb.
Səfir Türkiyənin TDT-dəki daimi nümayəndəsi Ufuk Ekici ilə görüşdə sözügedən qurumun daxilində iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və ümumi məqsədlər naminə həmrəyliyin artırılmasının zəruriliyi barədə fikir mübadiləsi aparıldığını qeyd edib.


Şərhlər