“Pensiya məsələlərinə görə fikir bildirmək üçün ilk növbədə bu sadə mexanizmi bilmək lazımdır. Ölkədə işləyənlərdən toplanan sosial sığorta və digər ödənişlər elə həmin dövrdə pensiyaçılara verilir. Yəni hər il nə qədər vəsait yığılırsa, elə həmin il də xərclənir. Amma əsas problem budur ki, yığılan pul verilməli olan puldan azdır. Ən pisi və qorxulusu da odur ki, bu fərq getdikcə böyüyür”.
“AzPolitika” bildirir ki, bu fikirləri tanınmış iqtisadçı Eldəniz Əmirov ossial şəbəkə hesabında paylaşıb. İqtisadçı xatırladır ki, ötən il pensiyaları ödəmək üçün 1,2 milyard manat çatmamışdı və bu fərq dövlət büdcəsindən transfer olunmuşdu. Onun sözlərinə görə, bu il isə bu çatışmayan pul daha 400 milyon manat artaraq 1,6 milyard manata çatıb.
“Çünki, 2025-ci ildə fonda 6 milyard yığılması gözlənildiyi halda fondun verməli oldiuğu pensiya məbləğləri 7,6 milyard manata yüksəlib. Göründüyü kimi fərq ildən-ilə böyüyür və bu, prosesin hansı istiqamətə getdiyini çox açıq göstərir. Hələ Fondunun milyardlarla ölçülən və ildən-ilə artan debitor borclarını demirəm”, “- E.Əmirov vurğulayıb.
İqtisadçının sözlərinə görə, ən diqqətçəkən məqam 2026-cı ildə dövlət büdcəsinin artım tempi cəmi 0,3 faiz proqnozlaşdırılmasıdır: “Yəni büdcə faktiki olaraq yerində qalıb, amma pensiya xərcləri ildən ilə böyüyür. Deməli, qarşıdakı artımı büdcə hesabına qarşılamaqla bağlı çətinliklər qaçılmazdır.
Belə vəziyyətdə bu fərqi bağlamaq üçün iki yol qalır:
Birinci yol müvəqqəti transferlərdir. Dövlət ehtiyat mənbələrindən, xüsusilə Neft Fondundan vəsait yönləndirilməsi ilə bu fərq bağlana bilər. Amma bu davamlı həll deyil. İstifadə etmək olar, amma müəyyən həddə qədər. Bu ölkənin strateji valyuta ehtiyatıdır və ehtiyatsız xərclənməsi ciddi risklər yaradar. Heç bir ölkə bu modeli uzun müddət davam etdirə bilməz.
İkinci yol inkişaf etmiş ölkələrin demək olar ki, 99 faizində tətbiq olunan yoldur. Bu gəlirlərin və şəffaflığın artırılması yoludur. Bu çətin yoldur, amma “ölümsüz” yoldur. Yəni, əgər iqtisadiyyat inkişaf edib əməkhaqları yüksələrsə, sosial sığorta ödənişləri də artacaq. Məsələn, bu gün 1000 manat maaş alan şəxsin bu gəlirinə görə fonda təxminən 250 manat toplanır. Əgər həmin şəxs 3000 manat maaş alsaydı, toplanan məbləğ 750 manat olardı. Bu isə Pensiya Fondunun gəlirlərini 3 dəfə artırararaq, 6 milyard deyil, təxminən 17-18 milyarda çatdırardı. O zaman nə pensiya yaşının artırılması bu qədər müzakirə mövzusu olardı, nə də pensiyaların artırılması bu qədər çətin. Hətta dünyasını dəyişmiş insanların da pensiya kapitalı ailələrinə rahat şəkildə verilə bilərdi”.
E.Əmirov vurğulayır ki, bu məsələ sadəcə sosial məsələ deyil, soyuq riyaziyyat və uzunmüddətli iqtisadi baxış tələb edən ciddi bir məsələdir.
“Əgər bu gün iqtisadi bazanı genişləndirməsək, sabah bu fərqi bağlamaq daha da çətinləşəcək. Dövlət büdcəsi bu yükü sonsuzadək daşıya bilməz”, - o qeyd edib.
İqtisadçı deyir ki, üçüncü bir yol da var: “Bu yol nə iqtisadiyyatı böyüdür, nə də gəlirləri artırır. Sadəcə pensiya yaşı artırılaraq, fiskal yükün azaldılması təmin edilir və perspektiv risklər idarəolunan səviyyəyə endirilir”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
rüşvətxor məmurlara verilən kosmik pensiyaları 4-5 dəfə azaltsalar pensiya fondu normal vəziyyətə
gələr. işlədikləri vaxt büdcəni dağıdırdırdılar. pensiyaya çıxanda sosial müdafiə fondunu
Dovlet, Hakimiyyet Sizlerden sorushuram, bele bir cografiyasi, serveti olan olkede Azerbaycanin iqtisadiyyati niye bu gune qalmalidir? Besdir, cixin redd olub gedin deee!
Ele bu sebebden yasli neslin numayendelerini ne ozu ne de yaxinlari hiss etmeden yavas yavas oldururler ki, yuk azalsin.Amma Allahin edaleti var, bu herekete yol acanlarin Allah en agir cezasini versin
Xalqı dalana dirəmisiniz artıq. Qoyun qoyundur dalana dirənəndə geri dönür qoçlar qabağına çıxanı vurub yıxıb öz istədiklərini edir
Taladıqlarınız yüzlərlə milyardları xalqa qaytarın. Haramınız olsun
pensiya yaşını artırmaq artıq bu millətə qarşı daşmənçilikdir
Eldəniz Əmirov, bunlar sənin sözlərin yox, sənin sahiblərinin sözləridir, sənin heç utanan sifətin yoxdur?!
Burda çətin bir iş yoxdur.Əmək haqqı və pesiya alan şəxs ikisindən birinə razılaşmalıdır.Bu haqqda hökumət qərar qəbul etməlidir.Əgər millət vəkilləri qoysa.Ən sərfəli variantdı.
Ramiz Mehdiyevə işləməyə işləməyə 2000 manat, arvadına 2000 manat oğurladıqları dan əlavə, verəndə əlbətdə ki, pul çatmayacaq .Bu vaxta qədər Ramiz kimilər dövlətə nə xeyir veriblər.İndi pulları alırlar.Hələm bu pensiyaları deyil.Gor nə qədər də pensiya alırlar.Mehdiyev kimi o qədər haram, müftə yeyənlər var ki.xirda, 300 manat pensi ya a alandan tutarsiz ,o pulları.Budcə boş qalmasın.Onlarin oğurladıqları pulları da maşınlardan alarsiz.
Dövlət qulluğu,deputatlar və digər böyük məbləğdə pensiya alanlara ödənilən vəsait yəqin ki aşağı pensiya-müavinət alanların aldıqları vəsaitdən qat-qat çoxdur.. Pensiya alan əhalinin 50%-nin aldığı pensiyadan, yüksək məbləğdə heçnədən pensiya alanların aldıqları çöx edər.
Mən inanıram ki, bizim həcəmətli hökumətimiz özünü həmişə olduğu kimi axırıncı yola qoyub, sonuncu variantı seçəcək.
Eldəniz Əmirov. Bəsdirin orda cəfəngiyat danışmayın !!!.Bu dövlətin təbii sərvətlərindən gələn milyardlar hara gedir?. Bəsdirin bu xalqı bu milləti aldatdınız. Az qalıb inşallah Allah bu xalqın bu millətin kasıbların haqqını yeyən "Məmurlarımızın" tezliklə bəlalarını verəcək İnşallah!!!.....
Budcenin boş olmasına səbəb pulların qanunsuz menimsenilmesidir!!!!..
Tanrı bu milləti qorusun AMİN
VEOSİPED YENİDƏN İXTİRA ETMƏYƏ EHTİYAC YPXDUR.İSTEHSAL MÜƏSİSƏLƏRİ YARADILMALI,İŞSİZLİ ARADAN QALDDIRILMALI,İNHİSAR,RÜVƏT VƏS NEQATİV HALARA QAŞI MÜBARİZƏ APARILMALIDIR VƏZİFƏLƏRƏ MÜTƏXƏSİSLƏ TƏYİN OLUNARAQ DƏQİQ İNKİŞAF PROQRAMI HAZIRLANMALIDIR.
ALVERLƏ DÖVLƏT QURMAQ OLMUR.İNƏDƏN TƏYYARƏYƏ QƏDƏR HƏR ŞEY İDXAL OLUNUR.İSTEHSAL YOXDUR.SOVET DÖVRÜNDƏ QURULMUŞ 1000 LƏRLƏ MÜƏSİSƏLƏR MƏHV EDİLİB.
Yaşin artirilmasi qadinlar üçün şok olar4 uşaqli anam Sovetler dövrunde 53 yasinda teqaude çixdi 57 yasinda rehmete getdi yaşi artirib qebirde teqaud vereceksiz bezileri uz gözünu emeliyyat etdirir oturub vezifede ele bilirsiz bu gencleşmedi insanlar tez heyatdan köçurler yeznem 65 yaşda teqaude çixdi 68 rehmete getdi. Insanlar işleye bilmir Kamazi surmek olar 65 den sonra daş qaldirmaq olar
Deməli 3 yol içindən ən pisini seçiblər. Bu xalqla düşmənçilik deməkdir. Millətin görünən düşməni təkcə Ramiz Mehdiyev deyil ha. Biz zaman-zaman yuxarı eşalonda yüzlələ boygöstərib hökumətə meydan oxuyan zatar görmüşük və bu gün də onlar var olaraq qalırlar. Məhz, onlar bu xalqı gün görməyə qoymadılar. Hardan millətin üzünə işiq düşdüsə dərhal oranı qapadılar. Heç kim onları zamanında durdurmadı. İllər belə keçdi. Gənclər qocaldı, ömürlər bitdi. Heç kimin arzusu çin çıxmadı. Bütün vədlər yalan oldu. Əzəl başdan kimləri xoşbəxt görmüşdüksə ancaq onlar xoşbəxt olaraq qaldılar. Xaıqın balası isə arıq, küskün və güvənsiz olaraq bir küncə qısılı qaldı. Bizdə pay belə bölündü.
Bravo,Əmirov.Ən rahat və əziyyətsiz 3-cü yol.Necə ki,kommunal,nəqliyyat və s. qiymətləri və həm də cərimələri artırmaqla büdcə formalaşdırırıq,eləcə də pensiya yaşını artırıb fondun gəlirlərini çoxaltmaq olar.
Yazıqlar olsun.Hanı bəs analoqu olmayan inkişaf,açılan iş yerləri,reqionların sosial-iqtisadi inkişafı.
İqtisadiyyatı dirçəldib,insanların maddi və mənəvi rifahını yüksəldərək adınızı tarixə yazdırın.
Siz isə...
Məncə ikinci yol ən optimalıdır, paralel olaraq bütün ödənilən vergilər də artır. İnflyasiyanın cilovlanması şərti ilə.
Hökumət bu yazıq hala saldığı pensiyaçılardan nə istəyir? Yax olardı hökumət pz bacarıqsızlığının səbbini müəyyənləşdirib yanlışlıqlarını aradan qaldırsın.
Bizdə, Ermənistan və Gürcüstandan fərqli olaraq təbii sərvətlərimiz də vardır ki, bu bizə əlavə üstünlüklər verir. Ancaq hazırda iqtisadi artım, əmək haqqı, pensiya və müavinətlərin, uşağpulu və digər sosial ödəmələr üzrə onların ikisidə bizdən irəlidədir, niyə, nə səbəbə???...burada məncə baş sındırılası bir şey yoxdür, əsasən 2 faktı qeyd edirəm, MONOPOLİYA və KORRUPSİYA...bax budur bəlamız...Bir də qeyd etməliyəm ki, kənd təsərrüfatına lazımı münasibətin, qayğının göstərilməməsi...