Menu

Nüvə sınaqları Trampın Nobel Sülh Mükafatını almaq cəhdlərinə zərbə vura bilər

31.10.2025, 00:15
Nüvə sınaqları Trampın Nobel Sülh Mükafatını almaq cəhdlərinə zərbə vura bilər

ABŞ administrasiyasının nüvə silahı sınaqlarını bərpa etmək qərarı, Prezident Donald Trampın özünü gərginliyin azaldılmasının tərəfdarı və Nobel Sülh Mükafatına namizəd kimi təqdim etmə cəhdlərinə ciddi zərbə vura bilər.

APA xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Tramp administrasiyası bu bəyanatları Rusiya və Çinlə nüvə silahlarının nəzarəti üzrə danışıqlarda təzyiq aləti kimi istifadə edə bilər.

“Lakin belə bir vəziyyət Trampın özünü "sülh prezidenti" kimi təqdimata yönəlmiş son addımlarını zəiflədə bilər. Tramp hazırda Nobel Sülh Mükafatına namizədliyini irəli sürür və ABŞ-nin əsas geosiyasi rəqibi ilə münasibətlərdə gərginliyi azaltmağa çalışır,” – deyə məqalədə qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol