Azərbaycanın sürətlə artan hava gücünə qarşı balans yaratmaq istəyən Ermənistan, Hindistan istehsalı olan Su-30MKI döyüş təyyarələrinin alınması ilə bağlı 2,5–3 milyard dollarlıq müqaviləni yekunlaşdırmaq üzrədir.
Hindistanın müdafiə sənayesi mənbələrinin məlumatına görə, müqavilə Su-30MKI tipli təyyarənin satışını əhatə edir. Bu alım, Hindistanın öz istehsalı olan döyüş təyyarələrini ilk dəfə ixrac etməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Yeni təyyarələrin “Uttam AESA” radarı, yerli elektron müharibə sistemləri və Astra Mk.1 ilə Mk.2 tipli havadan-havaya raketlərlə təchiz ediləcəyi bildirilir. Lakin bəzi sistemlərin hələ sınaq və inkişaf mərhələsində olduğu qeyd olunur.
Məlumata görə, təyyarələrin təhvil verilməsi 2027-ci ildə başlanacaq və 2029-cu ilə qədər tam yekunlaşacaq.
"AzPolitika.info"


Şərhlər