Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrinin seçilməsi sahəsində məhdudiyyət ləğv olunur.
“AzPolitika” bildiri ki, bu, Milli Məclisin bu gün, oktyabrın 31-də keçirilən iclasında müzakirəyə çıxarılan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri hazırda Anar Bağırovdur. O, bu vəzifəyə 2017-ci ildə seçilib. İkinci beş illik səlahiyyət müddəti 2027-ci ildə başa çatır.
“AzPolitika.info”


Şərhlər
Vəkillər Kolegiyasının Rəyasət heyətinin iki dəfədən artıq seçilmək məhdudiyyətinin ləğv edilməsi, Vəkillər Kollegiyasının özəlləşdirilməsi deməkdir ! Kadrın tez-tez yerinin dəyişilməsi inkişafa deməkdir! Su bir yerdə qalanda iy verir...savadlı hüquqşünasarın Vəkil olmasına imkan verilmir...? Vəkillərin Test imtahanarından ən yüksək bal toplayan namizədlərin Vəkil olmasına imkan verilməyib. DTX sizdən xahiş edirik araşdırın...!
Vəkillər Kolegiyasında şəffaflığın yaradılması üçün Vəkillər Kollegiyasının Rəyasət heyəti buraxılmalı, demokratik fikirli savadlı hüquqşünaslar Rəyasət Heyətinə seçilməlidir !