“Gömrük Komitəsində Rusiyadan gələn hərbiləşdirilmiş sistem dəyişdirilməlidir”
İqtisadçı Natiq Cəfərli hökumət üzvlərinin vergi və gömrük ödənişlərinin artırılmasına dair əsaslandırmalarını növbəti dəfə tənqid edib.
“AzPolitika” xəbər verir ki, öz sosial şəbəkə səhifəsindəki paylaşımında N.Cəfərli Gömrük Komitəsinin sədri Şahin Bağırovun son açıqlamalarının məntiqsiz olduğunu yazıb: “Hörmətli nazirlər, məmurlar, hökumət üzvləri, lütfən, açıqlama verərkən bizim məntiqimizlə oynamayın, vətəndaşı ağılsız saymayın – anlayıram, vəziyyətiniz qəlizdi, absurd qərarları izah etmək çətindir, amma heç olmasa, vətəndaşa, ictimayyətə hörmət edin, ağa “qara” deməyin.
Müstəqil qurum olması lazımsız olan Gömrük Komitəsinin sədri Şahin Bağırov belə bir açıqlama verib, sitat: “Elektromobillər ƏDV-yə cəlb ediləcək. 2025-ci ilin ilk 10 ayı ərzində ölkəyə 1700 elektromobil idxal edilib. Bu, çox azdır. Çünki 2024-cü ildə bu, 3027 ədəd olub. Bu onu göstərir ki, cəmiyyətin elektromobillərə marağı azalır. ƏDV-nin tətbiqi yerli elektrik avtomobil istehsalına bu və ya digər formada müsbət təsir edəcək”.
Voronej İqtisad institutunun, Rusiya Gömrük Akademiyasının məzunu olan Şahin müəllim məntiqi ayaq altına qoyub tapdalayır, ümid edirəm ki, bunu qəsdən etmir.
Deməli, ölkəyə 10 aya 1700 elektromobil gəlib, deyir ki, bu azdır, ona görə də ƏDV tədbiq edib 18% qiymətini artırırıq. Qiymətlər 18-20% artacaqsa, deməli elektromobillərə maraq da azalacaq, elə deyilmi?! Əgər dövlətin istəyi marağı ARTIRMAQ, ekoloji təmiz elektromobillərin gətirilməsini, satışını stimullaşdırmaqdırsa, deməli ƏDV ləğvi ilə yanaşı, digər təşviq addımları da atır ki, satış çoxalsın. Məsələn, bir çox AB ölkələrində elektromobil alanlar nəinki vergilərdən azad edilir, həm də dövlət onlara dəyərin bir qismini (10-20% arası) ödəyir ki, maraq ARTSIN. Şahin müəllim deyir ki, maraq azdır (halbuki bu maraq məsələsi deyil, alıcılıq qabiliyyəti məsələsidir), indi biz ƏDV tətbiq edəcəyik ki, maraq daha da azalsın! Fantastik məntiqdir!
Daha sonra Şahin müəllim deyir ki, ƏDV tətbiqi daxildə, ölkəmizdə elektromobil istehsalını stimullaşdıracaq. Ay müəllim, ölkəmiz nəinki elektromobil, TV pultuna taxılan batareyka belə istehsal edə bilmir, bunu bacarmır, bu bəyanatınız insanların ağlı ilə oynamaq deyilmi?!
15 ildir deyirik, bir daha təkrar edək: Gömrük Komitəsinin ayrıca bir müstəqil dövlət qurumu kimi qalması iqtisadiyyata zayan vurur, ləğv edilməli, ya Maliyyə, ya da İqtisadiyyat Nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərməlidir. Gömrük Komitəsində Rusiyadan gələn hərbiləşdirilmiş (hamısının rütbəsi var - niyə?) gömrük sistemi kökündən dəyişdirilməlidir”.
“AzPolitika.info”

Şərhlər
TEBIKI LEGV OLUNMALIDIR NEYE LAZIMDIR GOMURUK KOMITESI IXTISASLASMIS KADIRLARI ISE GOTURMEK LAZIMDIR MEDENI SELIQELI TEMIZ INSANLAR ISLEMELIDIR GOMURUKDE BELE BIYABIRCILIQ OLMAZ BIR NAZIRLIYIN TERKIBINDE BIR QURUM KIMI FEALIYYET GOSTERMELIDIR
Məsələ çox sadədir...o şeylərin ki qeydiyyatı var, onların gömrük rüsumlarını artırırlar, çünki Komtənin qabağında qoyulan "büdcə planı" yerinə yetirilməlidir, amma qeydiyyatı olmayan, dövriyyəsi bilinməyən siqaretləri, içki məmulatları və s. isə rüsumsuz ölkə ərazisinə buraxırlar, rüsum isə şəxsi ciblərə gedir...
Gömrük,,Fövqəladə hallar,Vergi.Məhkəmə qurumlarından gemeral çini ləqv edilməli.Onlara müvafiq olaraq fəaliyyətlərinə görədərəcələr veriməlidir.Bu həm genral adının alçaldılmasının qarşısını alar.həm də maliyyə resurslarının qənatinə səbəb olar.Hərbi çin orduya məxsus omalıdır.orduda yarımçıq xidmət edən və müxtəlif yollarla orduda xidmət etməyən şəxsin genetral çini daşıması ölkənin ayıbıdır.
doğrudan da gömrüyün başkanının intervüsü savadsızlığın zirvəsidir
Hara ləğv olunur orda day daylılar oturub.Sabah ləğv olunsa baş ağrıyacaq.Gərək qohuma yenidən iş tapasan.
Onsuzda qəbirdə əllərinən alacaqlar