Azərbaycanda 2026-cı ilin yanvarından etibarən yaşa görə aylıq sosial müavinətlərin artırılması planlaşdırılır. Bu barədə bir sıra yerli mətbu orqanlarda məlumat yayılıb. Qeyd edək ki, mövcud göstəricilərə əsasən hazırda 220 manat təşkil edən yaşa görə müavinətin məbləğinin 30 manat artırılaraq 250 manata çatdırılacağı iddia olunur.
Yaşa görə müavinət 65 yaşına çatmış, əmək pensiyası almaq hüququ olmayan və işləməyən kişilərə, 64 yaş yarıma çatmış, əmək pensiyası hüququ olmayan və işləməyən qadınlara avtomatik qaydada təyin olunur. Qadınların yaş həddi 2017-ci ilin 1 iyulundan 2027-ci ilin 1 iyulunadək hər il 6 ay artırılmaqla tənzimlənir. İyulun 1-dən etibarən Azərbaycanda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin pensiya yaşı isə 65 yaş olaraq müəyyən edilib. Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, 2025-ci ilin iyulunda yaşa görə aylıq sosial müavinət alanların sayı 166 min 900 nəfər olub. Onların 35%-i kişilər, 65%-i isə qadınlardan ibarətdir.
Qeyd edək ki, bir sıra hallarda yaş həddi 5 il azaldıla bilər. Bu güzəştlər aşağıdakı kateqoriyalara aiddir:
-Beş və daha çox uşağı olan qadınlar (uşaqların 8 yaşınadək sağ olması şərti ilə);
-Əlilliyi olan uşağa sahib qadınlar (uşaq 8 yaşınadək sağ olduğu müddətdə);
-Ananın vəfatı və ya valideynlik hüququnun məhdudlaşdırılması halında kişilər (beş və daha çox uşağa sahib, onların 8 yaşınadək sağ olduğu ailələrdə ananın vəfat etməsi, itkin düşməsi və ya valideynlik hüququnun məhdudlaşdırılması halında atanın yaş həddi 5 il azaldılır);
-Əlilliyi olan uşağı tək böyüdən kişilər.
Ötən il 23 092 vətəndaş pensiya yaşına çatmadan vəfat edib
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda 58 909 vətəndaş vəfat edib. Onlardan 32 436 nəfəri kişi, 26 473 nəfəri isə qadın olub. Həyatını itirən kişilərin 15 281 nəfəri 65 yaşına çatmayıb. Yəni ötən il ölən kişilərin təxminən 47%-i pensiya yaşını görə bilməyib. Həmin il vəfat edən 26 473 qadının isə 7 811 nəfəri pensiya yaşına çatmadan vəfat edib. Faizlə desək, qadınların təxminən 29,5%-i pensiya yaşına çatmadan dünyasını dəyişib. Ümumən götürsək, 2024-cü ildə vəfat edən 58 909 vətəndaşın 23 092 nəfəri pensiya yaşına çatmadan vəfat edib. Bu da vəfat edən şəxslərin təxminən 39,2%-i deməkdir.
Son 15 ildə pensiya alanların sayı 146 min nəfər azalıb
Digər bir statistik məlumata görə, son 15 ildə pensiya alanların sayı 146 min nəfər azalıb. Bu tendensiya 2010-cu ildən bəri özünü davamlı şəkildə göstərir. Belə ki, əgər 2010-cu ildə bu göstərici 858 min nəfərdən çox idisə, hazırda 712 min nəfər civarındadır. Təxminən 15 il ərzində pensiya alanların sayında 146 min nəfərlik və ya 17 faizlik azalma baş verib.
Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, ünvanlı dövlət sosial yardımı çıxmaq şərti ilə sosial müavinətlərin qarşıdakı aylarda artırılması ehtimalı azdır.

Onun sözlərinə görə, çünki bunun üçün büdcədə sosial xərclərdə əhəmiyyətli artımlar müşahidə olunmur: “Hökumət bir müavinəti artırmır. Əgər artırsa, demək olar ki, bütün sosial ödənişlərə yenidən baxılır. Sosial müavinətlərə isə bu ilin yayında baxılıb. Buna görə də güman etmirəm ki, hətta 2026-cı ildə belə sosial müavinətlərə yenidən baxılsın və artırılsın. Çünki büdcədə belə bir artım nəzərdə tutulmur, neftin qiymətləri də elə səviyyədə deyil ki, hökumət fikrini dəyişsin və bu xərcləri artırsın.”
Pensiyaların artırılması üçün vəsait ayrılacaq
Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyard 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyard 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür.

Bunu isə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu göstərici 2024-cü illə müqayisədə 1 milyard 534 milyon manat, 2025-ci illə müqayisədə isə 788 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 993 milyon manatı əmək pensiyalarının, 203,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür.
2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulmuşdur. Bunun 81,2%-i və ya 635,6 milyon manatı indeksasiya xərclərinin, digər hissəsi isə yeni təyin olunan və yenidən hesablanan pensiyaların məbləğlərinin maliyyələşdiriməsi ilə bağlı xərclərin payına düşür.
Proqnoz göstəricilərə əsasən, 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə Fondun 2026-cı il büdcəsində 25 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Xatırladaq ki, yaşa görə sosial müavinətin məbləği sonuncu dəfə 2024-cü ilin yanvar ayında artırılmış və 180 manatdan 220 manata çatdırılmışdı. Bu ilin iyulunda sosial müavinətlərin və pensiyaların bir çoxunda artım olsa da, yaşa görə müavinət bu prosesdən kənarda qalmışdı.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər
Mən dəfələrlə yazmışam ki, pensiyanın aşağı həddi olan kimi, yuxarı həddi də olmalıdır. Belə ki, yuxarı hədlə, aşağı hədd arasında nisbət 2:1-dən artıq olmamalıdır. Sovet dönəmində aşağı məbləğ 70 rubl, yuxarı məbləğ isə 120 rubl idi, bax əsil sosial ədalət onda idi. Bir çoxlarının təriflədiyi, fırıldağçı Səlim Müslümovun "memarı olduğu" indiki pensiya sisteminin belə qurulmağı kökündən yanlış, sosial ədalətin olmadığı bir sistemdir. İndi aşağı hədd 220 manat, yuxarı isə limit qoyulmayıb, bəzən hətda 5-6 min manat və bəlkə də daha çox, niyə hansı səbəbə görə???...Biri yaxşı pullu işlərdə işləyib, yaxşı əmək haqqı alıb və təbii ki, yüksək əmək haqqı hesabına, pensiya kapitalı yığılıb. O biri normal iş tapa bilməyib və pensiya kapitalı da yığılmayıb. İndi pensiyada aşağı alan nə dərmanına, nə kommunal xərclərinə 220 manatı çatdıra bilmir, 5-6 min alan da kurortları gəzir. Müxtəsəri, yuxarı məbləğ 1000-1500 manat, aşağı məbləğ isə 500-750 manat olmalıdır.
Yaşa qörə muavinatların artırılması haqqında niyə bir söz deyilmir?Birdə indir uşaqlı ailələr var ki onlara 5 il qüzəştli pensiya təyin edirsiniz?....
Bilmirsən ki.millətdən olmayan Aəri türkünün dərdini anlamaz..... Pasport qeydiyyatında levonu oturdublar ki.onları fiktiv Azərbaycan adları,soyadları ilə pasportlda təmin etsin.Bax məsələ budur!.
Cəmşid bəy.adam gördüyü işlərdən həyəcanlanıb.Yoxsa elə bildiniz ki. bu sifət şizofrinik sifətidir? Əşi bu məmləkətdə.bu idarəçiliklə.belə təyinatarla hər şey ola bilər.
Doğrudan bu nazirin gözləri niyə bərəlib
Niyə möhtərəm prezident nazir təyin edəndə sağlamlıq barədə arayışı tələb etmir.Bir bu nazirin fotodakı sifətinə diqqət edin.Onun əsəb sisteminin yerində olmadığı aydın görünür.Ona görə belə nazirliklərdən hansı normal iş . nəticə gözlənilə bilər?.
Hadı Rəcəbli, Tağı Əhmədov, Oqtay Şirəliyev, Ənvər Seyidov və bunlar kimi onlarla adamlar var kji, HAQQın hüzuruna xalqın vurduğu nifrət damğası ilə getdilər. Estafedi Sahil Babayev, Musa Qasımlı və bu kimi fürsətcil amansızlar qamarladılıar. Yəqin ki, Musa da, Sahil də, onun yavəri və dostu olan hazırki nazir Anar Əliyev də cəmi bir neçə ildən sonra öləcəklər və onlar da sələfləri kimi "xeyir əməllərini" çuvala doldurub özləri ilə birlikdə getdikləri yerə aparacaqlar. Bunlar başa düşmədilər ki, insan üçün əsas olan hansısa bir yer adamının deyil, ALLAHın onun haqqında çıxardığı hökmdür.
Uşaq pulu verməməmək pensiyanın az olması və gec verilməsi o deməkdir ki uşaq olmasın qocalar tez ölsun millət azalsın artmasın. Bu bu millətə qarşı düşmənçilikdir. Bunun başqa adı yoxdur
Pensiya təyinatında bu "dövlət qulluğu " məfhumunu kim və nə məqsədlə ortaya atıb.Axı insan 25-30 il işləyib.dövətin vergisini ödəyib.işlədiyi sahədə ölkəyə xidmət göstərib.Amma sonradan kimsə namlum səbəbdən bu məfhumu ortaya atıb və insanar arasında ayrıseşkilik edərək pensiya məbləğinin təyininda mənasız fərqlər yaradıb.Bu yolverilməz.konstitusiyaya zidd və ayrı seçkilikdir.Belə mənasız fərq ləğv olunmalıdır.
Pensiya alanlarn sayının kəskin azalmasına səbb səhiyyə xidmətlər inin bahalaşması.dərman perepaeatlarının dünyadakı qiymətlərlə müqayisədə Azərbaycanda ən bahaolması əl çatmaz olması və nəhayət tibbi xidmtin səviyyəsizliyidir.
Mənim23il6ay əmək stajım var.2004cü ildə Səhhətimlə və ailə vəziyyətimlə əlaqədər Azərbaycandan qetmişdim Lakin yaşa qörə müavinətı mənim kimi əmək stajı olanlarıda işləməyənləridəbir siyahıya salmaq insafsızdıq deyilmi?Biz15il oxuyub işləmişik,işləməyənlər bizim qədər müavinat alır bu haqsızlıq deyilmi?İnsafınız öksüz barı bizim əziyyətini dəyərləndirin və fərqli müavinat verin.
Pensiyanın təyin olunması və hesablanılması metodu tamam səhvdir. Necə olur ki, eyni faiz dərəcəsi ilə vergi ödəyənlərə sonradan dövlət qulluğu adı ilə yüksək pensiya təyin edilir? Ölkədə orta yaş həddi 72 yaş olduğu halda necə olur ki, pensiya kapitalı (72-65=7*12=84ay) 84 aya deyil, 144 aya bölünməklə pensiyaçıların haqqına girirsiniz. Bundan başqa pensiya kapitalında yığılmış məbləğə orta hesabla illik 12% hesabladıqda (45il*12%= 540%) alınmış məbləğlər pensiya hesablanılmasında niyə nəzərə alınmır.??
Pensiyanın təyin olunması və hesablanılması metodu tamam səhvdir. Necə olur ki, eyni faiz dərəcəsi ilə vergi ödəyənlərə sonradan dövlət qulluğu adı ilə yüksək pensiya təyin edilir? Ölkədə orta yaş həddi 72 yaş olduğu halda necə olur ki, pensiya kapitalı (72-65=7*12=84ay) 84 aya deyil, 144 aya bölünməklə pensiyaçıların haqqına girirsiniz. Bundan başqa pensiya kapitalında yığılmış məbləğə orta hesabla illik 12% hesabladıqda (45il*12%= 540%) alınmış məbləğlər pensiya hesablanılmasında niyə nəzərə alınmır.??
Maraqlıdıı bu nazirin gözləri nədən belə...
ölkədə düzgün və doğru sosiaı-təminat siyasəti yoxdur. hamısı boşboğazlıq edir
onsuda millət acindan ölür onlarin nə vecinə iş yox güc yox hər şey od bahasina utanin bir az hər yerdə villalariniz is yerləriniz bar bizim kimi üç ailə bir yerdə oturmursuzki sizə nə var ver yeyim iç yatim gözlə canim çixmasin
Sosial təminatın miqdarını(220m) hökumətin 25 il "bağışladıqları" vətəndaşların pensiya miqdarı qədər edilməlidir.
Cənab Nazir, 40-ilə yaxın əmək stajım olmasına baxmayaraq mənə 301 manat pensiya təyin ediblər. Dəfələrlə qanuni qaydada müraciət etməyimə baxmayaraq, Pensiya təminatı departamentinin müdiri eyvaz İsmayılov tərəfindən qanunszu cavab verilir, belə hallarda vətəndaşın dövlətə olan inamına xələl gətirir. DSMF-nun Şəki filialının müdiri Tahir də onun qanunsuz əmələrini müdafiə edir. Hər şeyi kadr həll edir. Odur ki, DSMF-da köklü kadr islahatlarının aparılması olduqca vacibdir, Xahiş olunur nəzərə alasınız.
Mən 3 cü qrup əliləm nə qədər pul artımım olacaq 180azn alıram bəs gələn il nə qədər artım olacaq zəhmət olmasa məlumat verərdiniz də
Birinci qrup əlillərə qulluq edən lərə 120 manat baxım pulu verilir bu çox aşağı məbləğdir xahiş edirik artırılsın Prezident təqaüdü artırılsın
Bizdən olmayan talançı məmurlar ölkəni xalqı talan qarət etməsə idilər indi ehtiyat fondumuzda bir az aşağı yuxarı 1 trilyon dollar olardı. Bu məmuları ona görə bizdən olmayan adlandırıram ki bizdən olsalar bu qədər öz xalqına qarşı namərdlik etməzdilər. Bunlar olmasa idi indi biz də ərəblər kimi yaşayardıq. Uşaq pulu da olardı iş də olardı sosial yardım da olardı. Ərəblər Bakıya kefə gəlirlər. Vaxt var idi biz Rusiyaya kefə gedirdik. Nə isə Allah nəhlət eləsin. Ancaq yəqin ki son olacaq.
45 il stajına. var. niyə 3ilqabaq cixmamaliyam.Koklu.pensiya. islahatlari .kecirilməlidir .Ehtiyac meyarı.və.istehlak s bətinə.təcili. yenidən baxılmalıdır. 2.il. qabaq .inrernet .10..man .idi.indi. 28.manatdir. nəqliyyat. və.d.xərclər. artib. Sos.mud.nazirliyi hara. baxir
Hormetli Nazir,ozunuz qeyd edirsiz ki me qeder insan vegat edib ve pensiya yasina catmiyiblar,bes goresen onlarin pullari hara qetdi ,nece oldu? Yas heddini azaldmagdansa yuxari qaldira qaldira gedirsiz .Deputatlar oturub Milli mecliade kimin aglina ne geldi deyirler ve qanunu ozleri tesdig edirler.Bu Xalqi dusunen var goresen?
Düzdür yazılan şərhlər millət qırılır 220m la dolanmaq olmur ahı tutar sizi vallah
Umumiyyetle, bash agridib bu hokumet haqqinda danishmaga deymez!
Yuxarida yazib siniz ki, yaşa ğörə pensiya 590 manat olacaq. Mən 393 man pensiya aliram. Mənim kimi coxu bu qədər alir. 9,/2 artim olarsada yənə 590 eləmir axi. Kaş sizin dediyiniz düz olaydi.
Hörmətli nazir Anar Əliyev cənabları sizə bir sualım var mən n saylı qospitalda tibb bacısı işləmişəm 1992 -2003cü illərdə mənim pensiya yaşım çatanda yaş oldu 57 ona çatanda oldu 65 görəsən bizəpensiya qismət olacaqmı birdəki hərbiçi işləmişəm yaralı əsgərlə xidmət etmişəm budurmu dövlətin bizə verdiyi qiymət
Pensiya yaşını qaldıra qaldıra Misirin gününə salacaqlar. Hansı ki, əmək pensiyası yoxdur ölməmək üçün qocalıq pulu (müavinət) verirlər. Bunlar pensiya pulundan qabağa düşmək üçün deyəsən həzrəti Əzrayılla əlbir işləyirlər.
Hörmətli Anar Əliyev cənabları. deyin görüm siz220m ilə ailənizi saxlaya bilərmisiniz?
Meşşanlar yenı flrladırlar nəyisə
23092 neferin pensiyası getdi novbeti villa luks masinlara.Dovlet hec kime hec ne vermedi.5-6 ilden sonra edersiz 70 yas onda hami olecek
Pensiya alanların sayının azalması ölkədə dərman və tibbi xidmtlərin pensiyaçılar üçün əl çatmaz olması və pensiya məbləğlərinin azlığı üzündən qidalanma normal olmadığından xəstəlik halları çoxalır və lazımi müalicə ala bilməmələridir.Bahalaşmalar pensiyaşıları dzülməz vəzoyyətə salıb.