Ukrayna və onun Avropa müttəfiqləri ABŞ sülh planının əsas bəndlərini rədd ediblər.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadla məlumat yayıb.

Xəbərdə deyilir ki, Volodimir Zelenski Fransa, Almaniya və Britaniya liderləri ilə telefon danışığı aparıb. “Bloomberg” daha sonra Almaniya hökumətinin bəyanatına istinadla xəbər verir ki, müttəfiqlər Ukrayna ordusunun ölkənin suverenliyini müdafiə etmək qabiliyyətini saxlaması və hazırkı təmas xəttinin istənilən sülh danışıqları üçün başlanğıc nöqtəsi olması qənaətinə gəliblər.

“AzPolitika.info”