“X” (keçmiş Twitter) 21–22 noyabr tarixlərində “About This Account” adlı şəffaflıq funksiyasını işə salıb.
"AzPolitika" bildirir ki, bu funksiya hesabın coğrafi yerləşməsini (hesabın qeydiyyat/yaradılma ölkəsi), yaradılma tarixini, istifadəçi adının dəyişiklik tarixçəsini və digər detalları göstərir.
Artıq 23 noyabrda istifadəçilərin çoxsaylı şikayətləri səbəbindən funksiya qismən deaktiv edilib. Bununla belə, məlumatlara görə, həmin iki gün ərzində ABŞ-da MAGA (Tramp hərəkatı) tərəfdarı kimi görünən onlarla (bəzi qiymətləndirmələrə görə yüzlərlə) məşhur hesabın əslində xaricdən idarə olunduğu üzə çıxıb. Əsasən aşağıdakı ölkələrdən: Rusiya, Nigeriya, Banqladeş, Hindistan, Şərqi Avropa (Serbiya və Makedoniya daxil), Tailand, Pakistan və Əfqanıstan.
Misallar:
Ivanka News — 1 milyon izləyici, Tramp, miqrasiya və islamla bağlı postlar — Nigeriya;
MAGA Nation — 39 min izləyici — Şərqi Avropa (Aİ-dən kənar);
America First — 67 min izləyici — Banqladeş;
Maga Scope — 51 min izləyici — Nigeriya;
Dark Maga — 15 min izləyici — Tailand;
William Albrech — 16,2 min izləyici, “ultra-MAGA” patriot — Nigeriya.
Məlumatlara görə, oxşar saxta hesablar pro-rus, pro-iran, pro-fələstin və pro-israil icmaları arasında da aşkar edilib.
"AzPolitika.info"


Şərhlər