Menu

ABŞ bu ölkənin 200 min vətəndaşını deport edə bilər

24.11.2025, 17:51
ABŞ bu ölkənin 200 min vətəndaşını deport edə bilər

ABŞ-də “Uniting for Ukraine” proqramının uzadılması ilə bağlı proseslərin ləngiməsi minlərlə ukraynalını hüquqi qeyri-müəyyənlikdə qoyub.

Prezident Donald Tramp administrasiyasının sənədlərin yenilənməsini gecikdirməsi nəticəsində ukraynalılar iş icazələrini, sığortalarını və qanuni statuslarını itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Artıq mart ayına qədər təxminən 200 min ukraynalı immiqrasiya rejimini pozmuş şəxs statusuna düşmək, iş icazələrindən məhrum olmaq və ya deportasiya olunmaq riski ilə qarşılaşıb.

Qeyd edək ki, Tramp administrasiyası yanvar ayında təhlükəsizlik səbəbləri ilə proqramın yenilənməsini dayandırmışdı. Federal məhkəmənin qərarından sonra müraciətlərin qəbulu bərpa edilsə də, sənədlərin emalı son dərəcə ləng şəkildə gedir. May ayından bəri cəmi 1900 müraciət işlənib ki, bu da on minlərlə sənədlə yanında çox az göstəricidir.

Qeyd edək ki, “Uniting for Ukraine” proqramı ilk dəfə 2022-ci ilin aprelində, ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə tətbiq olunub. Proqram çərçivəsində təxminən 260 min ukraynalı ikiillik humanitar icazə ilə ABŞ-a daxil ola bilib. BMT-nin məlumatına görə, hazırda dünya üzrə 5,9 milyon ukraynalı qaçqın var və onların 5,3 milyonu Avropada yerləşir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol