Menu

GƏLƏN İL PENSİYALAR BU QƏDƏR OLACAQ - Nazirlik məlumat yaydı + FOTO

27.11.2025, 23:52
GƏLƏN İL PENSİYALAR BU QƏDƏR OLACAQ - Nazirlik məlumat yaydı + FOTO

2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın 590 manata və yaşa görə orta aylıq pensiyanın 629 manata çatacağı gözlənilir.

"AzPolitika" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 2018-2025-ci illərdə orta aylıq pensiya 208 manatdan 540 manata, yaşa görə orta aylıq pensiya 234 manatdan 575 manata çatıb.

Bu da 2018-ci ilə nisbətən orta aylıq pensiyada 2,8 dəfə, yaşa görə orta aylıq pensiyada 2,7 dəfə artıma nail olunması deməkdir.

Eyni zamanda, gələn il pensiyaların maliyyələşdirilməsi üzrə ayrılan vəsait 7 mlrd. 993 mln. manata çatacaq ki, bu da 2018-ci ilə nisbətən həmin vəsaitdə 2,3 dəfə artımın olduğunu göstərir.


Şərhlər

Amin 2025-12-03 22:00:21

Bu sosial pensiya artimi nə qədər olacaq?

Pensiyaçı 2025-12-02 20:13:19

Mehparə xanımın şərhini nazirliyin işmetodunun güzgüsüsayılmalıdır.Onlar orta rəqəmçıxarmaqla möhtərəm Prezidenti də aldadırlar.nəzaman bu anlaşılmazlıq aradan qaldırılacaq? Pensiyalar ayrıseçkilik olmadan vahid qayda ilə hesabanacaq ? Ayrıseçliliyə son qoyulacaq?

Pensiyaçı 2025-12-01 10:17:03

Əcaib idarəçilikdir.Nə nazir.nə Milli Məclisin sədri,deputatlar anlamırlar ki.pensiyaların artşmı ölkədə baş verən bahalaşmalar fonunda iki-üç dəfə aşağı olduğu zaman bu pensiyaçıların yaşamı necə olar.Yanlış statistikaya istinad edib cüzi artım edib guya pensiyaçıların sosial vəziyyətini nəzərə alırıq demək, yalan söyləmək kiməxidmət edir?Nə zaman bu məsələyə ciddi yanaşılacaq?

Kasıb 2025-11-30 22:46:47

Mən elə.hesab edirəm ki bu qədər yalan danışıb özlərini aldadan məmurlar pensiyaçının.qanını sovurub 5 3 qəpik verirlər gedin ölün deyirlər 393 man elə qaz su və işığı ödəyir bəs dərman pulu heç onu demirəm2 gündən bir həkimdəyik bazarın qiymətidə çıxıb kəllə çarxa di gəl öl ay kasıb yaşama nə ət yemə buda bizim dolanmamız

Emin-ə 2025-11-30 13:32:27

Fikirləşmək üçün ağıl.düşüncə vacibdr...Ən pisi də odur ki. xalqın vəziyyətini düşünn.onları normal yaşatmaq istəyəi hiss olunmur.

Nahid 2025-11-30 02:48:42

Sumqayit

Vaqif Rəhimov 2025-11-30 00:28:21

Məm Milli Məclisin deputatlarından xahiş edirəm ki Qanunvericilikdə olan ,Orta aylıq zəhməthaqkı,Orta aylıx pensiya sözlərini minumum aylıx zəhməthaqkı,minumum aylıx pensiya sözləriylə əvəzetsinlər.Yoxsa Fəhlə quru şörək yeyəcək

Əlil 2025-11-29 20:44:29

Bura yazmaq lazım deyil Əmək və Əhalinin sosial müdafiə nazirliyi Səhifəsinə yazmaq lazımdır yada Dost xidmətinə

Emin 2025-11-29 19:34:26

2018 - ci illə müqayisə etməyin 1991 - ci. İllə müqayisə edin. Yazıq millətim kimlərin əlində qalmışıq. 590 m. Yaşamaq olarmı deyib fikirləşin .

Səda 2025-11-29 15:36:39

Ay insafsizlar baxin da 2000 3000 alanlarin pensiyasini yox 280 500 600 alanlararin pesiyasini artirin da nə olar qoy onlar da bir şey alib yesinlər də onsuz da yenə devlətin çibinə gedir pullari ancaq evladlarinin komunal xərcinə verirlər ki onlar da uşaqlarina nəsə alsin allahdan qorxmursuz ay məmirlar elə olar ki siz də pensiya möhtaç qalarsiz görüm onda neyniyərsiz bilmək olmaz

Cavanşir 2025-11-29 15:34:06

Niyə yalan məlumatla milləti dolaşırsınız bizdə minimum pensiya 320manatdir ,Yazdığınız kimi olsa idi millət dövlətdən narazı qalmazdı.

Cokonda 2025-11-29 11:50:11

Zəhmət olmasa 2018-ci ildən 2025-ci ilə kimi sürətlə azalan pensiyaçıların sayını göstərin.Duxunuz çatar? İnsanların yüksək pensiya hüququnu əlindən alırsız sonra artımdan danışırsınız

Ələsgərova Sakibə 2025-11-29 11:37:45

Artımlar xalqın vəziyyətini ağırlaşdırır, bir kiloqram ət ala bilmirik, nə qədər artacaqsa, dəqiq rəqəm yazın

Sevda Ramazanli. 2025-11-29 01:11:11

Yaşa ğörə pensiya hardan 575 manat oldu? Mən və ətrafda tanidiqlarim 393 manat pensiya aliriq. Elə yazirsiz ki, coxunu anlamaq olmur. Qeyd edim ki,72 yaşim var. 26 il iş stazim olub pensiyaya cixanda. 393 manat pensiya aliram. Nə həkimə ğedə bilirəm, nədə ət ala bilirəm. Batsin belə dünya......

Sefiqe 2025-11-28 21:54:31

Yaşa görə pensiya 393.50 qəpikdir..575yalandır

Kirpi 2025-11-28 20:51:28

Gorməmiş, yalançı, talançı, oğru

Mühasib 2025-11-28 20:48:05

ƏGƏR PENSİYA TƏYİNATI AYRISEÇKİLİKLƏ TƏYİN OLUNMASA, HƏR BİR VƏTƏNDAŞIN HÜQUQUNA EYNİ MÜNASİBƏT OLSA VƏ KONKRET OLARAQ PENSİYA İŞ STAJI.MƏBACİB ƏSASINDA VAHİD CƏDVƏL ÜZRƏ TƏYİN OLUNSA AYRLAN PENSİYA FONDU NORMAL YAŞAM ÜÇÜN TƏQAÜDÇÜLƏRİ TƏMİN EDƏR.ANCAQ BİRİNƏ 3-4 MİN,DİGƏRİNƏ 250 MANAT PENSİYA TƏYİNATI BU FONDUN DÜGÜN VƏ BƏRABƏR HÜQUQLU BĞLÜNMSİNƏ İMKAN VERMİR.NƏTİCƏDƏ 85 FAİZ TƏQAÜDÇÜ AĞIR YAŞAM VƏZİYYƏTİNƏ MƏHKUM EDİLİR.

Azər 2025-11-28 19:49:48

Sağ olun

Ramil 2025-11-28 18:53:53

Azerbaycan nə zaman ozündən məsəl cəkəcek ancag onu bunu misal cekir ya Singapur yada Malaziyani

Təqaüdçü 2025-11-28 17:53:36

Orta ayqpensiya normalpensiya təminatı,ayrıseçkilik olmayan ölkələrdə anlaşıla bilər.Azərbaycanda pensiya təyinində qanunsuz.əsassız pensiya hesablamaları nəticəsində eynii stajına malik vətəndaşın birnə1200-3000manata qədər,digərinə 250-280 manat hesablayırsınız.Bu hansı sivi lölkələrdə vardır.Sonra 280manatla1200-4000 manaıdan orta rəqəm çıxarıb milləti və rəhbərliyi orta pensiya rəqəmi ilə aldadırsınız. bunu normal hesab etməkyox.belə yanlışlıqları.ayrıseçkiliyi aradan qaldırnma vacibdir.

Adil 2025-11-28 17:07:23

Görəsən bizdən başqa daha hansı dövlətdə orta aylıq əmək haqqı,orta aylıq pensiya deyilən aldatma aləti var?Ayıbdır,bu uydurmanı xalqa sırımaqdan əl çəkin.2000-4000 manat alanla 200-300mant alanın pulunu toplayıb orta aylıq çıxarırsınız,bundan az alana nə fayda?
-

A. A. 2025-11-28 11:18:41

Konkret nə qədər ( % ) artacaq hələ il fevralda bilinəcək. Dediyiniz rəqəmlərlə təqaüdçüləri narahat etməyin. İnsafınız olsun

Rəhim 2025-11-28 06:56:31

Xiyar xiyar yazmaqdan başqa heçnə bilmirlər

İsmayılova Mehparə. 2025-11-28 00:39:02

Qonşu bu gün evində bir toyuq yeyib yatib,mən isə ac yatmışam ,deməli mən orta hesabla yarım toyuq yemişəm......

Bədbəxt pensiyaçı 2025-11-27 23:59:44

Bizə zəhər verib öldürün sizində bizimdə canımız qurtarsin

Pensiyaçı 2025-11-27 17:46:30

Orta aylıq deyib milləti çaşdırırsınız.Bunu hamı başa düşür.Birinə 2000-4000 pensiya hesablayırsınız.digərinə 280 manat.Sonra orta rəqəm çıxarıb milləti aldadırsınız.Bu yaramazlıq illərdir davam edir və millət yaşaya bilmir.Bunu anlamanız vacibdir.Aldatmaca ilə məşğulsunuz.Ayıbdir.bu ayrıseçkilikdir

ƏNHU 2025-11-27 17:39:30

Bütün ölkələrdə əhalinin rifahı yaksəldilir, pensiya və müavinətlər artırılır, təkcə bizim ölkəmizdən savayı. 15 il bundan əvvəl qaz indikindən ucuz idi, elektrik enerjisi indikindən ucuz idi. Su indikindən ucuz idi. Ət indikindən ucuz idi. Avtobus və metroda gediş haqqı indikindən dəfələrlə ucuz idi. Pensiya yaşı 60 idi. Boynumuzun ardını bu qədər cərimə və qadağalar kəsməmişdi. Torpaqlar və su hövzələri xalqın əlindən alınıb mülkədarlara verilməmişdi və s. Biz bu illər ərzində nə qədər geüriləmişiksə hamısı faktlarla göz qabağındadır. Yalandan artım-artım deyib bağırma. SƏN ARTIMDAN YOX E, RİFAHDAN DANIŞ. Burdan artırıb ordan bahalaşdırırsan. Kompensaiyanın adını artım qoyub millətə sırıyırsan. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol