Menu

Yermak axtarışları etiraf etdi - Deputat axtarışların üç səbəbini açıqladı

28.11.2025, 12:54
Yermak axtarışları etiraf etdi - Deputat axtarışların üç səbəbini açıqladı

"Bu gün NABU və SAPO həqiqətən də mənim evimdə prosesual tədbirləri həyata keçirir. Müstəntiqlər heç bir maneə ilə qarşılaşmırlar. Onlara mənzilə tam giriş imkanı verilib və vəkillərim hadisə yerindədir, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirlər. Mən tam əməkdaşlıq edirəm".

“AzPolitika” xəbər verir ki, bunu öz sosial şəbəkə səhifəsində paylaşan Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Milli Antikorrupsiya Bürosu (NABU) əməkdaşlarının onun mənzilində axtarış apardığını təsdiqləyib.

NABU və Xüsusi Antikorrupsiya Prokurorluğu da Yermakın evində axtarışları təsdiqləyib. Bu qurumlar axtarışların davam edən istintaqın bir hissəsi olduğunu bildiriblər. Antikorrupsiya qurumları əlavə məlumatların daha sonra veriləcəyini qeyd ediblər.

Bu arada Ukrayna parlamentindəki müxalif deputat Aleksey Qonçarenko Andrey Yermakın Ukraynanın korrupsiyaya qarşı mübarizə orqanlarının əməkdaşlarını izləmək əmri verdiyini və qaçaq iş adamı Timur Mindiçin korrupsiya sxemlərində iştirak etdiyini iddia edib. Deputat Telegram kanalında yazıb: "Yermakın axtarışının üç səbəbi var: 1. Çünki o, orqanlara NABU və SAPO işçilərini izləmək əmri verib. 2. Çünki o, Mindiçin sxemlərində iştirak edib. 3. Çünki Yermak hələ mediada xəbər verilməyən başqa bir əmlakı da ələ keçirib və bu, sənədləşdirilib".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol