Menu

Ukrayna üçün ərazidən imtina etmək qəbuledilməzdir - Aleksandr Sırski

05.12.2025, 22:46
Ukrayna üçün ərazidən imtina etmək qəbuledilməzdir -  Aleksandr Sırski

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ölkəsinin heç bir halda öz ərazisindən imtina etməyəcəyini bildirib.

APA xəbər verir ki, bu barədə RBK-Ukraina məlumat yayıb.

“Əlbəttə, bizim üçün sadəcə ərazini təhvil vermək qəbuledilməzdir. Ümumiyyətlə, torpağımızdan imtina etmək nə deməkdir? Biz bunun üçün mübarizə aparırıq və buna görə də ərazilərimizi vermirik”, – Sırski bildirib.

Baş komandanın sözlərinə görə, Ukrayna üçün “ədalətli sülh” heç bir ilkin şərt qoyulmadan, ərazi güzəştləri tələb olunmadan və hazırkı təmas xətti boyunca atəşin dayandırılması ilə mümkündür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol